Alim Qasımov və qızı Parisdə konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov və qızı Parisdə konsert proqramı ilə çıxış edəcək
17:37 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova noyabrın 5-də Parisdə konsert proqramı ilə çıxış edəcək.
"Report" xəbər verir ki, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.
“Philharmonie De Paris - Cite De La Musique”də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/alim-qasimov-ve-qizi-parisde-konsert-proqrami-ile-cixis-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR