Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakı və Abşeronda TRT-1-in yayımı dayandı

Bakı və Abşeronda TRT-1-in yayımı dayandı

ATV-nin yayımı bərpa olundu - (06 Mart 2017 20:13)
ATV-nin yayımı DAYANDI (06 Mart 2017 19:08)
ATV telekanalının yayımı dayandı (06 Mart 2017 18:59)

Tarix: 1 Noyabr 2016 17:42

Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldıqdan sonra Türkiyənin TRT-1 telekanalının yayımı dayanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyənin TRT-1 telekanalı rəqəmli yayımda fəaliyyət göstərmir.
 
Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov faktı təsdiqləyib. O bildirib ki, hazırda TRT-1-in analoq yayımı dayandırılıb. M.Abbasov qeyd edib ki, TRT-1-in Azərbaycanda yayımlanması müqavilə üzrə analoq yayımda nəzərdə tutulub: "TRT-1 kanalının rəqəmli yayım üzrə müqaviləsi yoxdur. Müqavilə olduqdan sonra TRT-1-in yayımı bərpa oluna bilər. Artıq məsələ ilə bağlı TİKA-ya (Türk Əməkdaşlıq və İnkişaf İdarəsi) məlumat verilib, danışıqlar aparılır".
 
Qeyd edək ki, TRT-1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Komissiyanın qərarı ilə noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bu gündən Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən digər bölgələrdə də analoq TV yayımı dayandırılacaq.

Milli.Az


Teqlər:  Bakı Abşeronda TRT-1-in yayımı dayandı



RƏYLƏR


Top xəbərlər