Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tək yaşayan qadını zorlamaq istədi: "Kiminsə ayaqlarımı öpdüyünü hiss etdim" - FOTO

Tək yaşayan qadını zorlamaq istədi: "Kiminsə ayaqlarımı öpdüyünü hiss etdim" - FOTO

Date: 1 November 2016 17:42

Türkiyə daha bir təcavüz xəbəri ilə sarsılıb.

Mili.Az Milliyet-ə istinadən bildirir ki, Aydının Didim Mahalında saat 05:00 radələrində dörd yaşlı qızı ilə yaşayan F.G.-ni zorlamaq istəyən şəxs onun evinə gəlir.

Qapının bağlı olduğunu görən cinayətkar pəncərənin dəmir barmaqlıqlarını qıraraq evə daxil olub. Bundan xəbər tutan qadın dərhal qışqıraraq polisə zəng edib. Hadisə yerindən həmən uzaqlaşan cinayətkarı axtarmaq üçün polis məhəllədəki təhlükəsizlik kameralarına baxmalı olub. Onun kim olduğunu müəyyən etmək üçün polis istintaqını davam etdirir.

Yoldaşının həbsxanada olduğunu deyən F.G.: "Otağımda yatırdım. Səhərə qarşı birinin ayaqlarımı öpdüyünü hiss etdim. Gözümü açdığımda qarşımda təxmini 1.75 boyu olan və kilolu bir şəxs gördüm. Əli ilə ağzımı yumaraq üzərimə doğru gəldi və təcavüz etmək istədi. Qışqırdım qaçdı. Qaçarkən corablarını belə evdə unutmuşdu. O, mənim qızımla tək yaşadığımı bilən biridir. Çox qorxdum".

Təhməz Təkin
Milli.Az






Tags:  yaşayan qadını zorlamaq istədi Kiminsə ayaqlarımı öpdüyünü hiss etdim FOTO

RƏYLƏR


Top news