Alim Qasımov və qızı Parisdə konserti verəcək

Alim Qasımov və qızı Parisdə konserti verəcək
17:46 1 Noyabr 2016
33 Şou
Ölkə mətbuatı
A- A+

Noyabrın 5-də xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Parisdə konsert proqramı ilə çıxış edəcək.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.
 
“Philharmonie De Paris - Cite De La Musique”də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR