Bakı sakini evində özünü asdı

Bakı sakini evində özünü asdı
17:52 1 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb. Orada yaşayan, 1990-cı il təvəllüdlü Nadir Mikayıl oğlu Əliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Onu da əlavə edək ki, bir uşaq atası olan N.Əliyev əsəb xəstəliyindən əziyyət çəkirmiş.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR