BRİCS sammiti: Qoadan verilən mesajlar

BRİCS sammiti: Qoadan verilən mesajlar
17:52 1 Noyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən təşkilatın (BRİCS) növbəti sammiti Hindistanın Qoa şəhərində keçirilib. Bəzi ekspertlərin bədbin proqnozlarına baxmayaraq, müzakirələr baş tutub. Liderlər sonda sammitin yekun qətnaməsini imzalayıblar. Onlar müxtəlif sahələrə aid olan məsələlər haqqında mövqelərini bildiriblər.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, həmin sırada iqtisadiyyat, maliyyə, təhlükəsizlik, ticarət kimi sferalar diqqət mərkəzində olub. Hazırda dünyanı narahat edən münaqişələrə də münasibət ifadə edilib. Qəbul edilən qətnamədə təşkilatın həmin problemlərə və onun həllinə baxışı yer alıb. Beynəlxalq terrorizmlə mübarizə probleminə ayrıca önəm verilib. Qlobal ticarətin yeni səviyyəyə qaldırılması və maliyyə böhranından çıxış yolları haqqında fikirlər əks olunub. BRİCS-ə daxil olan ölkələrin dünya siyasətində daha aktiv rol oynaması zərurəti də vurğulanıb. Bu kimi məsələlər Qoa sammitini analiz etməyin lazım gəldiyini göstərir.

Bədbinlər və nikbinlər: sammit aydınlıq gətirdi

Bu ilin yayında Braziliyada baş verən prezident dəyişikliyi ekspertlər arasında BRİCS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının təşkil etdiyi beynəlxalq təşkilat - müəllif) taleyi ilə bağlı bədbin fikirlər yaratmışdı. Bu təşkilatın Qoa (Hindistanda şəhər) sammitində ciddi ziddiyyətlərin üzə çıxacağı gözlənilirdi. Səbəb kimi isə Braziliyanın yeni prezidenti Mişel Temerin ABŞ-ın "adamı olması" göstərilirdi.

Lakin "Böyük İyirmiliy"in (G20) Çin sammitində BRİCS-ə daxil olan bütün dövlətlər M.Temerin mövqeyini öyrəndikdən sonra təşkilatın növbəti toplantısının uğurlu olacağı əminliyi yarandı. Artıq Hindistanın Qoa şəhərində BRİCS-in 8-ci sammiti başa çatıb. Ekspertlər tədbirin nəticələrini təhlil edirlər.

Zirvə görüşünün mürəkkəb şəraitdə keçirilməsini inkar etmək olmaz. Yaxın Şərqdə, Şərqi Avropada və başqa regionlarda ciddi qarşıdurmalar müşahidə edilir. Dünya hələ də maliyyə böhranından xilas olmayıb. İqtisadi inkişaf tempi çox zəifdir. Çin mütəxəssislərinin hesablamalarına görə, 2017-ci ildə bu rəqəm cəmi 3,1% olacaq. Bu da hələlik dünya iqtisadi sistemində problemlərin həll edilə bilinməyəcəyinə işarədir. Bundan başqa, böyük dövlətlər arasında, xüsusilə Qərb-Rusiya münasibətlərində gərginlik artır. Tərəflər demək olar ki, bir-biri ilə müharibə ərəfəsindədirlər. Əsas ziddiyyətlər Suriya və Ukrayna istiqamətlərindədir. Pis cəhətlərdən biri ondadır ki, böyük dövlətlərdən heç biri, deyək ki, Hindistan, Çin, yaxud Braziliya Qərblə Rusiya arasındakı gərginliyi azaltmaq istiqamətində təsirli addım ata bilmirlər və ya bunu istəmirlər.

Belə şəraitdə bir sıra ekspertlər BRİCS-i antiamerika müstəvisində təqdim etməyə meyl edirlər. Ancaq Qoa sammitində də təşkilata üzv dövlətlərin rəhbərləri vurğulayıblar ki, bu, yanlış mövqedir, çünki əsas məsələ yaranmış çətin vəziyyətdən birlikdə çıxmaqdan və inkişaf edən ölkələrdə bu prosesin davamlılığını təmin etməkdən ibarətdir.

Hər bir halda BRİCS-ə daxil olan dövlətlər həm özlərinə aid olan, həm də qlobal miqyasda əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək yekun qətnamə hazırlaya bildilər. Burada iqtisadi, sosial, mədəni məsələlərlə yanaşı, geosiyasi problemlərə də münasibət bildirilib. Sənəddə əsas müddəalardan biri kimi BMT Baş Assambleyasına təcili olaraq beynəlxalq terrorizmlə bağlı hərtərəfli konvensiyanı hazırlamaq haqqında çağırış yer alıb. Bu, doğrudan da bütövlükdə dünya üçün aktual olan bir məsələdir. Ancaq burada problemin hansı müstəvidə qoyulmasından çox şey asılıdır. Çünki təcrübə göstərir ki, böyük dövlətlər terrorçuluğa əksər hallarda öz maraqları prizmasından baxırlar. Nəticədə, bəzi terror qrupları siyahıya düşür, digərləri isə kənarda qalır.

Həmin bağlılıqda erməni terror qruplarının nəzərə alınmaması, hətta onlara himayədarlıq edilməsi böyük təəssüf və təəccüb doğuran haldır. Başqa regionlarda da böyük dövlətlərə xidmət edən qruplar dəstəklənir, başqaları isə hədəfə alınır. Bütün bunlar sonucda beynəlxalq terrorizmin daha da inkişaf etməsinə səbəb olur. Əgər BRİCS ölkələri bu yanlışlıqlardan xilas olmuş layihə təqdim edə bilsələr, çox qiymətli olar. BMT də ədalətli, obyektiv meyarlar əsasında beynəlxalq terrorla mübarizə haqqında konvensiya ortaya qoya bilsə, bir çox bəlalardan xilas olmaq şansı yaranar. Bu aspektdə BRİCS-in çağırışı əhəmiyyət daşıyır.

Sözdən əmələ keçid: təşkilatın taleyi bundan asılıdır

Məhz bu kontekstdə də sənəddə Suriya məsələsinin ayrıca vurğulanması vacib məqamlardan biri təsiri bağışlayır. Çünki böyük dövlətlər həmin ölkədə qarşı-qarşıya gəliblər. Orada hər gün yüzlərlə insan qətlə yetirilir, öz yurdundan qovulur, uşaqlar, qocalar və qadınlar qaçqın vəziyyətinə düşürlər. Qətnamədə Suriya probleminin dialoq vasitəsi ilə həll edilməsi zəruriliyi vurğulanır və İŞİD-lə, "Cəbhətül-Nusra" ilə mübarizə aparılması ehtiyacı qeyd edilir. Təbii ki, bu sənəd ümumi tövsiyə xarakterlidir. BRİCS-in onları reallaşdırmaq mexanizmi yoxdur. Eyni zamanda, yalnız iki terror qrupunun adının çəkilməsi bir yarımçıqlıq görüntüsü yaradır. Suriyada terror törədən digər radikal qruplar da vardır. Onlar həm də ölkənin ərazi bütövlüyünü təhdid edirlər. BRİCS-in yekun qətnaməsində bunun nəzərə alınmaması mənfi haldır. Belə görünür ki, bu təşkilat Suriya məsələsi ilə ciddi məşğul olmaq niyyətində deyil.

Bunun əvəzində, qətnamədə qlobal iqtisadiyyat, siyasət, iqlim dəyişikliyi kimi aktual problemlərə geniş yer verilib. Çin rəhbəri Si Szinpin tədbirdə çıxış edərkən vurğulayıb: "Dünya iqtisadiyyatının sabit sağlamlaşması haqqında danışmaq hələ tezdir. Qlobal ticarət və sərmayə tənəzzüldədir. Xammalın qiyməti dəyişir. Qlobal maliyyə böhranına gətirib çıxaran əsas problemlər də həllini tapmayıb".

Si Szinpin dünya üzrə mövcud olan bu problemlərin həllində BRİCS üzvlərinin fəal iştirak etməsini vacib hesab edir. İlk növbədə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Çin və Rusiya inkişaf etməkdə olan ölkələrin maraqlarını aktiv surətdə müdafiə etməlidirlər. Bunun üçün beynəlxalq münasibətlərdə ədalət və rasionallığın inkişaf etdirilməsinə nail olmaq lazımdır.

Maraqlı fikirdir. Əslində, bu barədə siyasi liderlər xeyli zamandır ki, açıq danışırlar. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev ikili standartların və bir sıra hallarda məsələlərə ədalətsiz yanaşmaların dünya nizamına vurduğu zərbələr haqqında konkret fikirlər bildirib. Bu cür vəziyyətin qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaratdığı, beynəlxalq təşkilatları nüfuzdan saldığı ayrıca qeyd edilir. Eyni zamanda, böyük dövlətlərin obyektivliyinə kölgə salınır. BRİCS-də də ədalətli olmaqdan bəhs edilirsə, bu, ilk növbədə BMT TŞ-nin daimi üzvlərinə aid olmalıdır. Onlar şəxsi nümunələri ilə göstərməlidirlər ki, ölkələr arasında fərq qoyulmur və problemlərə vahid meyarlar əsasında yanaşılır. Konkret əməldə bu özünü göstərməsə, ən yüksək səviyyədə belə deyilən fikirlərin praktiki əhəmiyyəti olmayacaq. Bu, əslində, sözü deyənlərin etibarlılığının itirilməsi ilə nəticələnir.

Qeyd edilənlər birbaşa BRİCS-in taleyinə toxunur. Bu təşkilatın gələcəyinə ümidlə baxan ekspertlər vardır. Ancaq həm daxili fikir ayrılıqlarını aradan qaldırmaq, həm də səmərəli olmaq üçün sözlə əməl bir-birini tamamlamalıdır. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin Qoa sammitində ifadə etdiyi aşağıdakı fikirlər bir qədər nikbinlik yaradır: "Bizim dövlətlər (BİRCS-ə daxil olan ölkələr nəzərdə tutulur - müəllif) dünya işlərində beynəlxalq hüquq prinsiplərinə və BMT-nin açar rol oynamasına sadiqdirlər, ikili standartlar praktikasını, güc tətbiqini qınayırlar, hamı üçün bərabər və tam təhlükəsizliyin təmin edilməsi uğrunda çıxış edirlər".

Beləliklə, BRİCS-in Qoa sammitində maraqlı qərarlar qəbul edilib. Aydın olub ki, bu təşkilatı siyasi səhnədən silmək doğru deyil. Ona daxil olan dövlətlər müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlıdırlar. Lakin qlobal miqyasda mövcud olan geosiyasi, iqtisadi, maliyyə və hərbi ziddiyyətlər qarşıya bir sıra çətinliklər çıxarır. BRİCS-in onlardan necə xilas ola biləcəyi hələlik məlum deyil. Ekspertlər hesab edirlər ki, bu, təşkilatın qəbul etdiyi sənədlərə nə dərəcədə əməl ediləcəyindən çox asılıdır.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - VİDEO

30 Mart 2017 23:28

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:27

Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS

30 Mart 2017 23:27

Dünyanın ən bahalı telefonları - FOTO

30 Mart 2017 23:22

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

30 Mart 2017 23:22

Azərbaycan millisi növbəti dəfə Moldovaya gücünü göstərdi

30 Mart 2017 23:22

Qəbələdə kişi arvadını öldürdü

30 Mart 2017 23:19

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:17

Cənubi Koreyanın sabiq prezidenti saxlanıldı

30 Mart 2017 23:13

Spiralvari bina - FOTO

30 Mart 2017 23:12