Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik

Sabahdan Yasamal rayonu ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq (27 Fevral 2017 18:37)
Bakıda bir neçə marşrut xəttinin hərəkətində dəyişiklik - XƏRİTƏ (24 Fevral 2017 12:12)
BNA: Bakıda nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq aradan qaldırılıb (17 Fevral 2017 12:37)

Tarix: 1 Noyabr 2016 17:53

Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik ediləcək.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, “Ağ şəhər” layihəsi çərçivəsində yenidən qurulan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişdiyi ərazidə hərəkət svetaforla ikifazalı rejimdə nizamlanacaq.

Bundan başqa, Nobel prospektində hər iki istiqamətdə geri dönmə yerlərinin açılması da nəzərdə tutulub. Geri dönmə hissələr kəsişmədən üzü Zığ istiqamətində 590 metrdən sonra, şəhər istiqamətində isə 380 metrdən sonra, Afiyəddin Cəlilov küçəsinin kəsişməsində yaradılacaq. Qeyd edək ki, hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və gələcəkdə yarana biləcək tıxacların aradan qaldırılması məqsədi ilə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin bu cür təşkil olunması “Azəravtoyol” ASC-nin, DİN-nin BDYPİ-nin, BŞİH-nin və Nazirlər Kabineti yanında BNA-nin birgə razılığına əsasən gəlinib.


Teqlər:  Bakıda avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik



RƏYLƏR


Top xəbərlər