Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Almaniya yığmasının hücumçusu karyerasını başa vurub

Almaniya yığmasının hücumçusu karyerasını başa vurub

Almaniya yığması Bakıya qələbə ilə gəlir (23 Mart 2017 11:23)
"Qrizmannla birlikdə oynamaq böyük həzzdir" (21 Mart 2017 21:27)
"Almaniya ilə oyundan yaxşı heç nə ola bilməz" (17 Mart 2017 13:52)

Tarix: 1 Noyabr 2016 18:02

Bakı. 1 noyabr. REPORT.AZ/ Dünya çempionatları tarixinin ən yaxşı bombardiri, Almaniya milli komandasının hücumçusu Miroslav Kloze futbolçu karyerasını başa vurduğunu bəyan edib. "Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı Kloze məşqçi karyerasına başlamaq üçün fərdi hazırlıq proqramı üzrə dərslərə qatılacaq.
Bu, yığmanın baş məşqçisi Yoahim Löv və idman direktoru Hans-Diterlə razılıq əsasında gerçəkləşəcək. O, elə indidən komandanın məşqçilər heyətinin üzvünə çevriləcək.
Qeyd edək ki, Miroslav Kloze Almaniya yığmasında 137 oyun keçirib, 2014-cü ildə dünya çempionu, 2002-ci ildə gümüş mükafatçı olub. O, 71 qolla Bundestim, 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub. Kloze Almaniyanın "Hanburq", "Kayzerslautern", "Verder" və "Bavariya", həmçinin, İtaliyanın "Latsio" klubunda çıxış edib. Almaniya yığması DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. 

Teqlər:  Almaniya yığmasının hücumçusu karyerasını başa vurub



RƏYLƏR


Top xəbərlər