Bakıda yanğın hadisəsi baş verib.
Milli.Az FHN-ə istinadən bildirir ki, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin dam örtüyü 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az