Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lerikdə yol tikintisinə 6,6 milyon manat ayrılıb

Lerikdə yol tikintisinə 6,6 milyon manat ayrılıb

"Azərsu"ya 14 milyon manat ayrıldı (17 Mart 2017 18:14)
Baş nazir: "2016-cı ildə Azərbaycanda 400-dən çox sənaye müəssisəsi açılıb" (17 Mart 2017 14:17)
AFFA-nın bir illik xərci: 19 milyon 592 min 502 manat (15 Mart 2017 11:27)

Tarix: 1 Noyabr 2016 18:07

Bakı. 1 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sənədə əsasən, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Teqlər:  Lerikdə yol tikintisinə milyon manat ayrılıb



RƏYLƏR


Top xəbərlər