Mərkəzi Bankın səlahiyyəti azaldılır

Mərkəzi Bankın səlahiyyəti azaldılır
18:12 1 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişir.

Milli.Az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 16.3-cü maddəsinə dəyişiklik təklif edilir.
 
Dəyişikliyə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən həyata keçiriləcək.
 
Maddənin hazırda qüvvədə olan variantına görə, bu səlahiyyət Mərkəzi Banka aiddir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR