"Toy məhərrəmlikdən sonra olacaq" - FOTO

"Toy məhərrəmlikdən sonra olacaq" - FOTO
18:12 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az Türkiyədə yaşayıb, orada fəaliyyət göstərən Azəri Günel Zeynalovanın lent.az-a müsahibəsini təqdim edir.

- Bir neçə gün öncə Cem Ozan Torunları adlı şəxslə nişanlandınız. Tanışlığınız necə olub?

- Tanışlığımız çox gözəl olub. O, mənim heyranım olub. Biz tanış olmadan öncə də mənim mahnılarımı dinləyirmiş. Təxminən 1 ilə yaxındır ki, danışırıq. İlk münasibətimizi dost kimi başladıq. Daha sonra onun mənə olan hisslərini gördüm. Hiss etdim ki, məni sevir. Bunu duyandan sonra özümə dedim ki, "niyə də yox?!". Mənə olan hörmətini, dəyərini görəndən sonra dedim ki, bu, mənim ailə quracağım insandır. Fevralın 14-ü "Sevgililər günü"ndən bəri bir yerdə göründük və hər kəs bildi ki, sevdiyim insan var.

- Sizə qadağalar qoyurmu?

- Qadağa hələ yoxdur. Amma qısqancdır. Yəni geyimimə fikir verir. Onsuz da, mən açıq-saçıq geyinmirəm. Ümumiyyətlə, çox qadağa da yaxşı bir şey deyil. Allaha çox şükür ki, aramızda güvən var. O, işə gedib-gələndən sonra gün ərzində yaşadıqlarını mənə danışır. Mənim işlərimlə də yaxından maraqlanır.

- Səhv etmirəmsə, ailə quracağınız bəyin ailəsi də keçmişdə musiqiçi olub.

- Bəli, nişanlımın özünün də gözəl səsi var. Atası isə gözəl saz ifa eləyir. Amma biznesinə görə illər öncə musiqidən uzaqlaşıb. Nişanlım biznesmendir, işləri var. İnsanın çox varlı olmağı da yaxşı deyil. Çünki həmin vaxt insanların gözünə girirsən. Bizi çox müzakirə edib, nəzərə gətirməsinlər. Hər zaman deyirəm ki, Allah pulu bizə nə çox verib özümüzdən çıxartsın, nə də az verib möhtac eləsin. Allaha çox şükür olsun ki, heç kimə möhtac deyilik. Gözəl səsim var. Bu yaşıma qədər nələrə nail olmuşamsa, səsimlə nail olmuşam. Çoxları deyirdi ki, Günelə maşın hədiyyə ediblər. Heç kim mənə maşın hədiyyə etməyib. Öz zəhmətimlə almışam. Bunu heç kimə də sübut etmək məcburiyyətində deyiləm.

Nişanlımın ailəsindən də çox razıyam. Məni dəstəkləyirlər. Qayınanama ilk gündən "ana", qayınatama da "ata" deyirəm. Nişanlımın ailəsinin də işimi dəstəkləməsi məni qürurlandırır. Mən bir verilişə çıxanda izləyirlər. Bu nüanslar məni çox sevindirir. Allah hər kəsin könlünə görə versin. Yaxşı ki, onun bu cür ailəsi var.

- Nişanlanmaq xəbəriniz çox müzakirə olundu. Sosial şəbəkədə tənqidi şərhlər yazanlar da çox idi...

- İnsanın qəlbi hər zaman təmiz olmalıdır. Ölüm xəbərimi eşitsələr, necə münasibət göstərərlər? Bu günə qədər heç kimə kinli olmamışam. Çox pisliklərlə qarşılaşmışam. Amma heç birinə fikir verməmişəm. Dostlarımın da bəzən mənə səhv etmələrini qəbul edə bilmirəm.

- Toyunuz nə vaxtdır?

- Dəqiq vaxtı indidən demək istəmirəm. İnşallah, Məhərrəm ayından sonra olacaq. Bir toy Türkiyədə, digəri isə Bakıda olacaq. Özəl günümü isə mediaya qapalı etməyəcəm.
 
- Çoxları yazır ki, Günel lovğadır.

- Lovğalığımı harda görüblər? Əslində, lovğa sözünü də təzə öyrənmişəm (gülür).  Səsimlə bağlı özümdən razıyam. İstədiyim şəkildə oxuya bilirəm. Çox şükür. Sosial şəbəkədə mənə "lovğa" yazanlara nə pis hərəkət etmişəm ki, onlar bu nəticəyə gəliblər. Paxıllıq, pislik etmək lazım deyil. Bir-birimizin qədrini bilməliyik.

- Anadolu türkcəsində danışdığınıza görə də müzakirə olunursunuz.

- Düz 18 ildir ki, Türkiyədə yaşayıram. Türk dilində danışmağım normaldır. Bu cür söhbətlərlə ürək bulandırmasınlar. Mən hər zaman Bakıya gələndə kövrəlirəm, pis oluram. Niyə bir-bizimizin ayağından çəkməliyik?
 
- Türkiyə mətbuatı zaman-zaman şəxsi həyatınız barədə məqalələr dərc edib. Amma siz həmin məqalələrə şərh vermək istəmirsiniz. Niyə?

- Susmaq hər zaman haqlı olmağın cavabıdır. Allah hər zaman deyir ki, "haqlısansa, sus". Mən də haqlı idim. Susdum və hər kəs də cavabını aldı.

- Türkiyə mətbuatında belə bir xəbər dərc olunmuşdu ki, guya siz Ebru Gündeşlə Rza Zərrabın boşanma xəbərinə qələbə işarəsi göstərməklə reaksiya vermisiniz.

- Heç bu mövzuda mənə sual verilməmişdi. Mən heç kimin pis gününə sevinən insan deyiləm. Elə xarakterim yoxdur. Bu mövzu heç məni maraqlandırmır. Mən İnstaqram profilimdəki əksər şəkillərimdə əlimi zəfər işarəsi kimi tutmuşam. Bu işarəni də yaxın dostum var, o mənə öyrədib. O, bütün şəkillərdə əlini elə tutur.
 
- Xeyli vaxtdır ki, Türkiyədəsiniz. İndi bəzi müğənnilərimiz gedib Türkiyədə 2 mahnı oxuyurlar, daha sonra deyirlər ki, "Türkiyədə məni tanıyırlar". Sizin fikrinizcə, orada hansı müğənnimizi tanıyırlar?

- Onları yəqin taksilərdə tanıyırlar (gülür). Türkiyədə yalnız Zeynəb Xanlarovanı, Əzizə Mustafazadəni tanıyırlar. İndi isə məsələn, Röya Ayxan nələrsə eləməyə çalışır... Hər halda mən kiçik yaşlarımdan orada olduğum üçün onlar artıq məni mənimsəyib. Onların qızı kimiyəm. İndi Türkiyədə bacarıqlı iş görən Röyadır. 

Milli.Az













RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Sərxoşun dalğalarla rəqsi - VİDEO

25 Aprel 2017 01:03

Əfqanıstanda partlayış:

25 Aprel 2017 00:57

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

25 Aprel 2017 00:49

ABŞ-dan Suriya alimlərinə sanksiya

25 Aprel 2017 00:38

Dünya ŞOKDA:

25 Aprel 2017 00:27

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

25 Aprel 2017 00:19

Tramp Marsa uçuş planını açqladı: “Ən pis halda...”

25 Aprel 2017 00:18

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

25 Aprel 2017 00:05

Günün qoroskopu: işlərin gedişatına xeyirlidir

25 Aprel 2017 00:05

Astroloji proqnoz - 25 aprel

25 Aprel 2017 00:03

Bu fotolara 3 milyon baxdı

24 Aprel 2017 23:57

"Çelsi"dən futbolçuya 65 milyon avro

24 Aprel 2017 23:57

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

24 Aprel 2017 23:53

"Ondan daha yaxşısı yalnız Messidir"

24 Aprel 2017 23:52

Premyer Liqa:

24 Aprel 2017 23:52

Bir vaxtın məşhur modeli kəndə köçüb - FOTO

24 Aprel 2017 23:47

"Belə hisslər yaşamamışdım"

24 Aprel 2017 23:47

Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:47

Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı

24 Aprel 2017 23:44

Bir aya saçları uzadan MASKA

24 Aprel 2017 23:42

"Mbappe Anelka və Ronaldu arasında seçim etməlidir"

24 Aprel 2017 23:42

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

24 Aprel 2017 23:42

19 yaşlı “KEDİCİK” rəqsiylə digərlərini kölgədə qoydu - VİDEO

24 Aprel 2017 23:38

"Zəhərli zob"un əsas ƏLAMƏTLƏRİ: nələr təhlükəlidir?

24 Aprel 2017 23:32

"Bavariya" sabiq hücumçusunu qaytarmaq istəyir

24 Aprel 2017 23:32

Rəcəb Tayyib Ərdoğan erməni patriarxa məktub ünvanladı:

24 Aprel 2017 23:32

Tramp BMT-də islahatlara çağırıb

24 Aprel 2017 23:27

Bu içkiləri qarışdırmayın - QORXUNC NƏTİCƏ

24 Aprel 2017 23:23

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

24 Aprel 2017 23:22

Hamilə xanımına məşhur aktrisa ilə xəyanət edir - FOTO

24 Aprel 2017 23:17

Bu içkilərin istehlakı İNSULT VƏ AĞIL ZƏİFLİYİNƏ səbəb olur

24 Aprel 2017 23:17

52 yaşlı Monika Belluççi gözəlliyi ilə hamını valeh etdi -

24 Aprel 2017 23:14

Cey Lo sevgilisi ilə görüşə transparan geyimdə getdi - FOTO

24 Aprel 2017 23:12

Hamiləlik zamanı smartfondan istifadə etməyin! - GİZLİ TƏHLÜKƏ

24 Aprel 2017 23:12

Rusiya XİN-dən Dilqəm Əsgərov haqda açıqlama

24 Aprel 2017 23:12

İlin ən əsas film hadisəsinə günlər qaldı

24 Aprel 2017 23:05

Tez-tez köpürsünüzsə... - 5 SADƏ MƏSLƏHƏT

24 Aprel 2017 23:05

Tramp Merkelə zəng etdi

24 Aprel 2017 23:04

Putindən YENİ HƏMLƏ: 2015-ci ilin ssenarisi təkrarlanır

24 Aprel 2017 23:03

BİOLOJİ YAŞINIZI təyin edin - SADƏ TEST

24 Aprel 2017 22:57

Bakı səmasında inanılmaz hadisə

24 Aprel 2017 22:54

Dəri üzərindəki nöqtələrə neyrofizioloji reflekslərlə təsir

24 Aprel 2017 22:52

Hamilə aktrisanın yeni fotoları

24 Aprel 2017 22:52

Bu içkilər beldəki yağları yandırır - RESEPT

24 Aprel 2017 22:52

Məşhurların İnstaqram biznesi - milyon dollarlıq paylaşım

24 Aprel 2017 22:52

Filmlərdəki maraqlı səhnələr BELƏ ÇƏKİLİR - FOTOLAR

24 Aprel 2017 22:48

Tramp və Merkel arasında telefon danışığı olub -

24 Aprel 2017 22:45

20 milyon insan ölə bilər - ŞOK AÇIQLAMA

24 Aprel 2017 22:42

Məşhur müğənni "Eşkıya dünyaya hükümdar olmaz"da - FOTO

24 Aprel 2017 22:37

Tramp, Putin və Kim ilk dəfə bir yerdə - FOTO

24 Aprel 2017 22:33