Qətər klubu Rafael Ağayevə təklif göndərdi

Qətər klubu Rafael Ağayevə təklif göndərdi
18:12 1 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Karate üzrə 5 qat azərbaycanlı dünya çempionu Rafael Ağayevə xarici klubda işləmək təklif edilib. 

Milli.Az report-a istinadən bildirir ki, bu barədə R.Ağayevin özü açıqlama verib.
Onun sözlərinə görə, təklif Qətərin "Əl-Əhli" klubundan edilib. Ancaq idmançının "Qəbələ" idman klubu ilə müqaviləsi olduğundan məsələyə gələn ay baxacaq.

Üstəlik, idmançı 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra xarici ölkə yığmalarının birindən məşqçilik təklifi də aldığını deyib. Lakin dünya çempionu ölkənin adını açıqlamayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR