Azərbaycan deputatı Avronest PA komitəsinin həmsədri seçilib - FOTO

Azərbaycan deputatı Avronest PA komitəsinin həmsədri seçilib - FOTO
18:17 1 Noyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiyevdə Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya, Sosial, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti məsələləri komitələrinin iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin parlament təmsilçilərinin, Avropa Komissiyası nümayəndələrinin, siyasi ekspertlərin və vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi iclasda ölkəmizi Milli Məclisin deputatları Məlahət İbrahimqızıRasim Musabəyov təmsil ediblər.

Qurumun 5 illik fəaliyyətindən bəhs edən Ukrayna Ali Radasının sədr müavini İrina Qeraşenko Şərqi Avropada demokratiyanın, insan hüquqlarının, azad mətbuatın və vətəndaş cəmiyyətinin formalaşmasında və inkişaf etdirilməsində, o cümlədən bölgədə dondurulmuş münaqişələrin, zorakılığın, işğala məruz qalmış ərazilərin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün Avronest Parlament Assambleyasının üzərinə düşən tarixi missiyadan söz açıb.

İclasda "Şərq Tərəfdaşlığı" ölkələrində demokratiya və söz azadlığı, informasiya təhlükəsizliyi, mədəni müxtəlifliyin qorunması, multikultralizmin təbliğatı, vətəndaş cəmiyyətinin formalaşması və inkişaf etdirilməsi məsələləri geniş müzakirə olunub.

Quruma üzv olan ölkələr arasında iqtisadi, siyasi, elmi-mədəni əlaqələrin inkişaf etdirilməsi üçün rəy və təkliflər dinlənilib.

İclasda Azərbaycanın Avronest Parlament Assambleyası ilə səmərəli əməkdaşlığından söz açan Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Rasim Musabəyov son illər ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, multikultralizmin, demokratiya və azad mətbuatın inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş islahatlardan söz açıblar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən söz açan natiqlər bu münaqişənin "Şərq Tərəfdaşlığı" ölkələri arasındakı regional əməkdaşlığın inkişafına mənfi təsir göstərdiyini vurğulayıblar.

Səmərəli məsələlərinin müzakirə olunduğu iclasda Milli Məclisin deputatı M.İbrahimqızı və Bolqarıstan parlamentinin üzvü Georgi Pirinski Avronest Parlament Assambleyasının Sosial, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti məsələləri komitəsinin həmsədrləri seçiliblər.

M.İbrahimqızının sədrliyi ilə iki gün davam edən iclasda "Şərq Tərəfdaşlığı" ölkələrində qadınların əmək bazarında iştirakı və rolu, quruma üzv olan ölkələrin münaqişə bölgələrində mədəni abidə və tikililərin qorunması və Avronest Parlament Assambleyasının qarşısında duran prioritet məsələlər geniş müazkirə olunub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR