Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəclədən qan axır – 25 min insan canlı qalxan olacaq

Dəclədən qan axır – 25 min insan canlı qalxan olacaq

Date: 1 November 2016 18:18

İŞİD terror təşkilatı Mosul şəhərinin ətrafındakı Hammam əl-Alil bölgəsindən 25 min mülki vətəndaşı güc tətbiq edərək Mosula daşıyır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatı (BMT) insan haqqları üzrə ali komisarının sözçüsü Ravina Şamdasani bildirib.

Beynəlxalq təşkilatın məlumatına görə, İŞİD mülki əhalini Mosul və ətrafında yerləşdirmək istəyir. Ravina Şamdasani vətəndaşlardan canlı qalxan kimi istifadə edilə biləcəyini və bunun döyüş cinayəti olduğunu deyib.

Bundan başqa, İŞİD İraq ordusunun 40 əsgərini öldürərək Dəclə çayına atıb. Əsgərlərin qanı ilə Dəclənin rəngini dəyişdirdiyi deyilir. Ravina Şamdasani əsgərlərin daha əvvəl Əl-Şura və Hammam əl-Alil bölgələrindən qaçırıldığını bildirib.

Ömər Dağlı


Tags:  Dəclədən qan axır 25 min insan canlı qalxan olacaq

RƏYLƏR


Top news