Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qəribə uşaqlar evi” əsərinin davamı gəlir

“Qəribə uşaqlar evi” əsərinin davamı gəlir

Date: 1 November 2016 18:23

“Miss Pereqrenin qəribə uşaqlar evi” trilogiyasının müəllifi amerikalı yazıçı Rensom Riqqz, trilogiyanı davam etdirəcəyini bildirib.

“Birinci üç əsərdə biz uşaqların böyük dünyası ilə tanış olduq. Lakin bu dünya çox böyükdür, uşaqların hekayəsi isə uzun. Deyilməmiş hələ çox şey var”- Riqqz açıqlamasında belə deyib.

Məlumata görə, kitabdakı hadisələr ABŞ-da baş verəcək. Birinci kitabın davamı 2017-ci ildə işıq üzü görəcək.

Rensom Riqqzin ilk kitabı - “Qəribə uşaqlar evi” 2017-ci ildə çıxıb və The New York Times sıyahısında bestsellerlər arasında yer alır. 2014 və 2015-ci illərdə yazıçı kitabın davamı olan “Boşluqlar şəhəri” və “Ruhların kitabxanası” nəşr etdirir. Kitabda Ceykob Portman adlı yeniyetmənin qeyri-adi güclərə sahib uşaqları qorumasından bəhs edir.

2016-cı ildə Tim Berton “Miss Pereqrenin qəribə uşaqlarının evi” trilogiyasını ekranlaşdırıb.

Mələk


Tags:  Qəribə uşaqlar evi əsərinin davamı gəlir

RƏYLƏR


Top news