Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lerikə 6,6 milyon manat ayrıldı

Lerikə 6,6 milyon manat ayrıldı

"Azərsu"ya 14 milyon manat ayrıldı (17 Mart 2017 18:14)
AFFA-nın bir illik xərci: 19 milyon 592 min 502 manat (15 Mart 2017 11:27)
Əhalinin su təminatının yaxşılaşdırılmasına 16 milyon manat ayrıldı (24 Fevral 2017 18:54)

Tarix: 1 Noyabr 2016 18:23

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də “Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:  Lerikə milyon manat ayrıldı



RƏYLƏR


Top xəbərlər