SOCAR prezidenti Tümen vilayətinin qubernatoru ilə görüşüb

SOCAR prezidenti Tümen vilayətinin qubernatoru ilə görüşüb
18:27 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ SOCAR-ın prezidenti Rövnəq Abdullayev Rusiyanın Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 
"Report" Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, R.Abdullayev Azərbaycanın neft-qaz sənayesinin son illərdə əldə etdiyi nailiyyətlər, SOCAR tərəfindən regional və beynəlxalq miqyasda həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycan və Tümen neftçiləri arasında dostluq əlaqələrinin böyük tarixi keçmişini vurğulayan R.Abdullayev əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb.
Vladimir Yakuşev Tümen vilayətinin neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin rolunu yüksək qiymətləndirib, vilayətdə zəngin neft-qaz yataqlarının Azərbaycanın görkəmli geoloqu Fərman Salmanov tərəfindən kəşf edildiyini bildirib.
Bakıda keçirilən Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdiklərini deyən V.Yakuşev Tümen vilayəti və Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdə, xüsusilə neft-qaz, habelə polimer istehsalı sahəsində bir sıra layihələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Sonra görüşdə iştirak edən müəssisə rəhbərləri təmsil etdikləri strukturların fəaliyyəti ilə bağlı SOCAR-ın rəhbərliyinə məlumat verib və birgə əməkdaşlıqdan məmnun olacaqlarını ifadə ediblər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.



Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-prezidenti-tumen-vilayetinin-qubernatoru-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR