Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Barselona"nın futbolçusu pasportunu unutdu

"Barselona"nın futbolçusu pasportunu unutdu

Date: 1 November 2016 18:27

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin IV turuna start veriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, turun mərkəzi oyununda "Mançester Siti" doğma azarkeşləri önündə "Barselona"nı qəbul edəcək.

İspanlar artıq İngiltərəyə yollanıb. Ancaq Kataloniya təmsilçisinin səfəri zamanı hava limanında problem yaşanıb. Belə ki, Luis Enrikenin əvəzedici komandadan heyətə cəlb etdiyi Marlon pasportunu evdə unudub. Buna görə də 21 yaşlı futbolçu səfərə komanda ilə birgə yollana bilməyib. Buna baxmayaraq, gənc oyunçu növbəti reyslə Mançesterə uçub. 

Qeyd edək ki, sözügedən qarşılaşma saat 23:45-də start götürəcək.

Milli.Az


Tags:  Barselonanın futbolçusu pasportunu unutdu

RƏYLƏR


Top news