İran hökumətinin tərkibində 3 yeni nazir təsdiqləndi

İran hökumətinin tərkibində 3 yeni nazir təsdiqləndi
18:42 1 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

İran parlamenti prezident Həsən Ruhaninin nazir postları üçün təqdim etdiyi şəxslərin namizədliklərini təsdiq edib.

Trend-in İRİN agentliyinə istinadən verdiyi məlumata görə, ötən ay prezident H.Ruhani Rza Salehi-Əmiri, Məsud SultanifarFəxrəddin Əhmədi Daniş-Aştianinin müvafiq olaraq gənclər və idman naziri, mədəniyyət və islami irşad naziri və təhsil naziri vəzifələrinə namizədliklərini parlamentə təqdim etmişdi.

Qeyd edək ki, əvvəlki nazirlər ölkə nazirlər kabinetində baş verə biləcək dəyişikliklər barədə yayılan məlumatlar fonunda istefa vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR