Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir: "Türkiyə İraqdakı vəziyyətlə bağlı hər cür ehtimala hazır olmalıdır"

Nazir: "Türkiyə İraqdakı vəziyyətlə bağlı hər cür ehtimala hazır olmalıdır"

Date: 1 November 2016 18:52

Türkiyə İraqdakı vəziyyətlə bağlı hər cür ehtimala hazır olmalıdır.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu açıqlamanı Türkiyənin müdafiə naziri Fikri İşıq Türkiyə qoşunlarının İraq sərhədinə toplanması barədə xəbərləri şərh edərkən verib.

Onun sözlərinə görə, bu addım Türkiyənin təhlükəsizliyinin təmin olunması məqsədi ilə atılıb.

Daha əvvəl Türkiyə Silahlı Qüvvələrinin İraqla sərhəddə yerləşən Şırnak vilayətinə hərbi texnika yeritdiyi məlumat verilmişdi.

İraqın şimalında yerləşən və İŞİD terror təşkilatının nəzarətində olan Mosul şəhərinin azad edilməsi məqsədi ilə əməliyyatlar davam etdirilir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə qoşunlarının da bu əməliyyatlara qoşula biləcəyini deyib.

Milli.Az


Tags:  Nazir Türkiyə İraqdakı vəziyyətlə bağlı hər cür ehtimala hazır olmalıdır

RƏYLƏR


Top news