Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şərqin əbədi gözəllik ilahəsi: "Özümü qurban vermirəm" – FOTOLAR

Şərqin əbədi gözəllik ilahəsi: "Özümü qurban vermirəm" – FOTOLAR

Date: 1 November 2016 19:03

Bu gün hind aktrisası Ayşvari Rayinin doğum günüdür. Hind gözəlinin 42 yaşı tamam olur.

Publika.az bu münasibətlə 1994-cü ildə dünya gözəli seçilmiş ulduzun bir neçə ay əvvəl verdiyi müsahibəni təqdim edir:

- 2010-cu ildən bəri ekranlarda görünmürsünüz, pərəstişkarlarınız çoxdandır ki, sizin qayıdışınızı gözləyir.

- Mən tamamilə yox olmadım. Son beş ildə bədii filmlərdə oynamasam da, reklam kampaniyalarında çəkilməyə davam edirdim. Amma tamaşaçıların qayıtmağımı gözlədiyini eşitmək xoşdur. Filmlərdə çəkilmək mənim üçün pul qazanmaq üsulu deyil, bu, daha çox mənim üçün böyük maraq və ehtirasdır. Ümumiyyətlə, yeni filmlərim çıxanda tamaşaçı sayını və filmdən gələn gəlirləri deyil, insanların ona olan marağı mənim üçün daha böyük əhəmiyyət kəsb edir.

- İnsanlar bəzən sizin filmlərinizə sadəcə valehedici gözəlliyinizdən zövq almaq üçün gedir. Hər halda, sizi nahaq yerə “Əbədi gözəllik ilahəsi” adlandırmırlar.

- Zahiri gözəlliyin şou dünyasında vacib olduğunu dana bilmərəm və aktrisalara gözəlliyini qoruyub saxlamaq asan başa gəlmir. Hind kino sənayesində də gözəllik, aktrisanın dramatik qabiliyyətindən daha üstün sayılır. Amma mən gözəllik naminə özümü qurban vermək istəmirəm. Mən rahatlığa çox üstünlük verirəm. Məsələn, özümü içində narahat hiss etdiyim libas və ayaqqabını heç vaxt geyinmərəm.

- Sizin gözəllik sirriniz nədədir?

- Xüsusi, qeyri-adi heç nə. Üz təmizləyici sprey və nəmləndirici krem həmişə yanımda olur. Saçlara qulluğa çox diqqət yetirirəm. Dekorativ kosmetikalardan tuş və laynerə üstünlük verirəm.

- Ana olduqdan sonra işlə övladınız arasında vaxtı necə tənzimləyirsiniz?

- Bu sual mənə qəribə gəlir. Əvvəlki nəsillərdə də qadınların işi başından aşırdı və onlar bütün işlərinin öhdəsindən çox gözəl gəlirdi. İndi isə nədənsə aktrisalar həmişə ev və ya iş, karyera və ya ailə seçimi qarşısında qalır. Bu sosial fenomenin haradan peyda olduğunu başa düşmürəm. Toyumdan iki il əvvəl rejissorlar mənə deyirdilər: "Ərə getmək üçün tələsmək lazım deyil”.

Amma mən onlara qulaq asmadım: ərə getdim və qız dünyaya gətirdim. Nə ərim, nə də qayınanam mənə zülm edir, əksinə tam sərbəstlik veriblər. Mən özüm kino çəkilişlərinə fasilə vermək və evdə qalmaq qərarına gəldim. Amma doğuşdan cəmi bir ay sonra Kann Kino Festivalına qatıldım. Mənim sirrim çox sadədir, heç vaxt və heç nə planlaşdırmıram, bu gün və indi üçün yaşamaq lazımdır. Əgər insan çox işlərini planlaşdırırsa, onda gözlənilməz imkanlar və sürprizlərdən məhrum olacaq, eləcə də dünyaya kar olacaq. Planlar reallığı adətən bağlayır. Mən intuisiyaya çox üstünlük verirəm. Uğurlu karyeram da bunun təsdiqidir ki, intuisiyam məni yarı yolda qoymayıb.

- Gününüz necə keçir?

- Onda iş və şəxsi həyat üçün də yer var. Mən olduğum hər yerdə ruh yüksəkliyi və müsbət emosiyalar yaratmağa çalışıram. Çəkilişlərdə olanda özümü tamamilə işə həsr edirəm. Sonra isə işlərimi bitirib evə tələsirəm, işdən sonra mənim üçün qızım və ərim mütləq prioritet olur. Əlbəttə ki, hamı kimi mən də stress keçirirəm, amma onların qaçmaq və hadisələrin gedişatını dəyişmək bəzən ən yaxşı üsul olur. Xoşbəxtlikdən bu, biz qadınlarda alınır.

- Bəs istirahət?

- Səyahətlər və yaşadığım yeri dəyişmək mənim üçün ən yaxşı istirahətdir. London - səs-küylü bayram və festivallar, İtaliya və Fransa sağlamlıq və ailəvi istirahət, Dubay mağazaları gəzmək və alış-veriş üçün yaxşıdır. Amma səyahət üçün vaxt yoxdursa, divanda uzanıb səhərə qədər diski qoyub sadəcə təbiət səslərini dinləmək olar.

- Sizi necə hədiyyələr sevindirir?

- Ana olandan bəri uşaq ədəbiyyatı, tarixi və nağıl kitablarını sevirəm. Qızım Aaradxiyə hər gün yüksək səslə kitab oxuyuram. Kitablar bizim evin bütün otaqlarına səpələnib. Mən paralel olaraq bir neçə kitab oxuya bilərəm. Ümid edirəm ki, bu il də qızımla bizi yeni hekayələr gözləyir.

Aytən





















Tags:  Şərqin əbədi gözəllik ilahəsi Özümü qurban vermirəm FOTOLAR

RƏYLƏR


Top news