Castin Timberleyk: “Ata olduqdan sonra dəyişdim”

Castin Timberleyk: “Ata olduqdan sonra dəyişdim”
19:11 1 Noyabr 2016
84 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Castin Timberleyk şəxsi həyatından danışıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, övladının bütün həyatını dəyişdiyini söyləyib:
 
“Oğlum mənə ilham verir. Ümumiyyətlə, kişilər ata olduqdan sonra çox dəyişirlər. Bu, birmənalıdır.Mən də övladım olandan sonra fərqli düşünməyə başladım. Geriyə baxanda fikirləşirsən ki, mən bu zamana qədər nə edirdim? Məsələn, əvvəllər itimin təmizlik işləri ilə məşğul olanda bunun o qədər də ürəkaçıcı olduğunu deyə bilmərəm. Amma uşaqda hər şey tamam başqa cürdür. Etmək lazımdırsa, deməli, lazımdır. Hər gün səhər oyanıb güzgüyə baxanda düşünürəm ki, bu kimdir? Hər şey mənə çox fərqli görünür. Öz oğlumu və həyat yoldaşımı çox qiymətləndirirəm. Çünki onlar məndəki eqonu azaldıb daha yaxşı insan olmağıma yol açırlar".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR