Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"S&P" növbəti iki üçün neftin proznoq qiymətlərini açıqlayıb

"S&P" növbəti iki üçün neftin proznoq qiymətlərini açıqlayıb

Date: 1 November 2016 19:17

Bakı. 1 noyabr. REPORT.AZ/ Gələn il dünya bazarında "Brent" markalı neftin orta qiyməti 45 dollar/barel, 2018-ci ildə isə 50 dollar/barel olacaq. "Report"un "RBK" saytına istinadən verdiyi xəbərə görə, bunu "S&P Global Ratings" beynəlxalq reytinq şirkətinin müstəqil reytinqlər üzrə direktoru Ravi Bhatiya bildirib.
Onun sözlərinə görə, Rusiya büdcəsində növbəti 3 il ərzində neftin orta qiyməti 40 dollar/barel götürüldüyündən, büdcəni konservativ hesab etmək olar. O, Rusiyanın müstəqil kredit reytinqinin ancaq neft qiymətlərinin kəskin artması və ya sanksiyaların ləğv edilməsi halında yüksələ biləcəyini bildirib. Lakin Bhatiya bunu gözləmədiyini əlavə edib.
Xatırladaq ki, sentyabr ayında "S&P" beynəlxalq reytinq agentliyi Rusiyanın müstəqil reytinqini "BB+" səviyyəsində təsdiqləyib, proqnozu isə "neqativ"dən "stabil"ə yüksəldib.

Tags:  növbəti iki neftin proznoq qiymətlərini açıqlayıb

RƏYLƏR


Top news