Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimali İrlandiya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

Şimali İrlandiya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

Date: 1 November 2016 19:22

Bakı. 1 noyabr. REPORT.AZ/ Futbol üzrə Şotlandiya milli komandasının Azərbaycan yığması ilə dünya çempionatının seçmə qrup oyunu və Xorvatiya ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Maykl O Nil qarşıdakı matçlara 25 futbolçu dəvət edib.
Onların arasında 8 aydan sonra milliyə qayıdan Kris Brant və AVRO-2016-dan sonra ilk dəfə dəvət alan Uill Qriqq də var. Əvəzində Kreyq Ketvart zədə üzündən kənarda qalıb. O Nil Brantın dönüşünə sevindiyini bildirib: "Son həftələrdə o, böyük uğurlara imza atıb. İngiltərə Premyer Liqasında çıxış edir, daim millidə çıxış etməyə layiq oyunçudur. Zədə üzündən Avropa çempionatında iştirak edə bilməməsi bizim üçün böyük itki idi. Brantı yenidən millidə görmək çox xoşdur".
Şimali İrlandiya yığmasının heyəti:
Qapıçılar: Maykl Makqovern ("Norviç Siti", İngiltərə), Alan Mannus ("Sent Conston", Şotlandiya), Trevor Karson ("Hartlepul Yunayted", İngiltərə)
Müdafiəçilər: Aaron Hyuz ("Kerala Blasters", Hindistan), Qaret Makoli ("Vest Bromviç", İngiltərə), Conni Evans ("Vest Bromviç", İngiltərə), Kris Brant ("Vest Bromviç", İngiltərə), Rayan Makgivern ("Şryusberi Taun", İngiltərə), Konor Maklaflin ("Flitvud Taun", İngiltərə), Li Hodson ("Reyncers", Şotlandiya), Tom Flanaqan ("Berton Albion", İngiltərə)
Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Neyll Makginn ("Aberdin", Şotlandiya), Olli Norvud ("Brayton", İngiltərə), Korri Evans ("Blekbern Rovers", İngiltərə), Ceymi Uord ("Berton Albion", İngiltərə), Şeyn Ferqyuson ("Milluoll", İngiltərə), Stüart Dallas ("Lids Yunayted", İngiltərə), Peddi Makneyr ("Sanderlend", İngiltərə), Pol Paton ("Sent Conston", Şotlandiya), Metti Land ("Roçdeyl", İngiltərə).
Hücumçular: Kayl Lafferti ("Norviç Siti, İngiltərə), Coş Magennis ("Çarlton", İngiltərə), Konor Vaşinqton (KPR, İngiltərə), Uill Qriqq("Uiqan", İngiltərə)
Qeyd edək ki, Şimali İrlandiya millisi Azərbaycanla noyabrın 11-də Belfast şəhərindəki "Vindzor Park"da üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Xorvatiya ilə oyun isə noyabrın 15-də eyni arenada olacaq.  

Tags:  Şimali İrlandiya millisinin Azərbaycan yığması oyun heyəti açıqlanıb

RƏYLƏR


Top news