Adel ikinci dəfə ana olmaqdan qorxur

Adel ikinci dəfə ana olmaqdan qorxur
19:41 1 Noyabr 2016
69 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Adel birinci övladı dünyaya gəldikdən sonra böyük depressiyadan əziyyət çəkdiyini deyib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Vanity Fair” jurnalına danışan ifaçı depressiyadan qorxduğu üçün ikinci dəfə ana olmaq istəmədiyini söyləyib.
 
Depressiya eleyhinə dərmanlar qəbul etmədiyini vurğulayan sənətçi çətinlikdə bunun öhdəsindən gəldiyini gizlətməyib:

“Ərim mənə təklif etdi ki, yeni ana olmuş qadınlarla ünsiyyət saxlayım. Amma mən ona bu addımı atmayacağımı söylədim. Daha sonra qərar verdim ki, hər həftə uşaq olmadan öz istədiklərimi etmək üçün zaman ayırım. Rəfiqəm məni çox qınadı və övladımı düşünməməkdə ittiham etdi. O soruşdu ki, bu sənə əzab vermir? Cavabında dedim ki, verir, amma o qədər də güclü şəkildə yox. Çünki sən o vaxt yaxşı ana olursan ki, özünə daha çox diqqət ayırırsan”.

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR