Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

FES-in iclasında uçot dərəcələrinin artırılması gözlənilmir

FES-in iclasında uçot dərəcələrinin artırılması gözlənilmir

FED uçot dərəcəsini artırdı (15 Mart 2017 22:54)
DİQQƏT! (15 Mart 2017 22:46)
FED uçot dərəcəsini artırdı (15 Mart 2017 22:23)

Tarix: 1 Noyabr 2016 20:02

Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) noyabrın 1-2-də keçirəcəyi növbəti iclasında uçot dərəcələrini sabit saxlaması gözlənilir. 
"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, FES-in iki günlük iclasda ABŞ iqtisadiyyatının sürətlənməsi fonunda dekabrda keçiriləcək növbəti iclasda uçot dərəcələrini artırmaq barədə siqnallar verməsi gözlənilir.
Belə ki, sentyabr iclasından etibarən ABŞ-da işsizlik müraciətləri azalır, inflyasiya artır, iqtisadi artım isə III rübdə gözləntilərdən daha da sürətli inkişaf göstərib. Bazar iştirakçıları FES-in uçot dərəcəsini artırmağa tam yaxın olduğunu, amma noyabrın 8-də keçiriləcək prezident seçkiləri öncəsində buna ehtiyac olmayacağını düşünürlər. 
FES-in keçmiş əməkdaşı hazırda "JPMorgan " bankının iqtisadçısı olan Maykl Feroli (Michael Feroli) bildirib ki, hər kəs gərgin keçən ABŞ prezident seçkiləri ərəfəsində FES-in uçot dərəcələrini artırması siyasi cəhətdən təhlükəli olduğunu başa düşür.
Xatırladaq ki, uçot dərəcələri ilə bağlı FES-in qərarı sabah saat 22:00-da açıqlanacaq. Bu iclasda FES rəhbəri Janet Yellenin mətbuat konfransı keçirməyəcəyi bildirilib. 

Teqlər:  FES-in iclasında uçot dərəcələrinin artırılması gözlənilmir



RƏYLƏR


Top xəbərlər