Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə İraqla sərhədə zirehli maşınlar yerləşdirdi

Türkiyə İraqla sərhədə zirehli maşınlar yerləşdirdi

Date: 1 November 2016 20:12

Türkiyə İraqla sərhədə hərbi və zirehli maşınlar yerləşdirib.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Türkiyə Şırnak vilayətinin İraqla sərhəd olan Silopi rayonunda çoxsaylı tanklar yığıb.

Türkiyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, Silopidəki qruplaşmalar istənilən ssenariyə hazır olmalıdırlar.

Bağdad da, öz növbəsində, vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin hazırlıqlarından məlumatlıdır: "Türkiyə ordusunun İraqa daxil olmayacağına ümid edirik".

Qeyd edək ki, Silopi Mosuldan şimal-qərbdə yerləşir. Mosul İraqın ikinci ən böyük şəhəridir, 60 min əhalisi var. İŞİD terrorçularının nəzarətində olan şəhərin azad olunmağı uğrunda döyüşlər oktyabrın 17-də başlayıb.

Milli.Az


Tags:  Türkiyə İraqla sərhədə zirehli maşınlar yerləşdirdi

RƏYLƏR


Top news