Qanın axdığı çay, 25 minlik canlı sipər, Moskvadan Qarabağ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qanın axdığı çay, 25 minlik canlı sipər, Moskvadan Qarabağ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:13 1 Noyabr 2016
335 Ölkə
Ölkə mətbuatı
A- A+

Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru İrəvana Qarabağla bağlı xəbərdarlıq edib. Mosul əməliyyatı son mərhələsinə daxil olur. Türkiyənin böyük miqdarda hərbi texnikası və canlı qüvvəsinin İraq sərhədinə yeridilməsi isə təhlükəli gedişatdan xəbər verir. ABŞ Suriyada bir ilkə imza atıb.

Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin İrəvana xəbərdarlıq edib: “Qarabağı itirəcəksiniz”

Onun sözlərinə görə, Rusiya Ermənistanda informasiya müharibəsində Qərbə məğlub olur. Vladimir Lepexin deyib ki, Qərb informasiya müharibəsində böyük pullar xərcləyir.

“Bütün strukturlar bir hədəfə işləyir: mədəni assimilyasiya. Ermənistan buna təslim olaraq, qərb sivilizasiyasına söykənərsə, nəticələr ağır olacaq. Hər şeydən əvvəl bu Qarabağın itirilməsi ilə nəticələnəcək. Mən hələ vətəndaş müharibəsinin başlanmasını demirəm. Hesab edirəm ki, Ermənistan müstəqil dövlət olmaq üçün Rusiyaya söykənməlidir”, - Lepexin qeyd edib.

#174323#

Mosul əməliyyatı

Bütün dünyanın diqqətində olan Mosul əməliyyatında 16-cı gün başlanıb. Bu gün İraq ordusu İŞİD terror təşkilatının müdafiə xətini yararaq şərq istiqamətindən şəhərə girib.

İraq ordusunun generalı Sami Aridi İŞİD üzvlərinin yerə döşədikləri minaları partladaraq İraq ordusunu dayandırmağa çalışdığını deyib. Şiddətli döyüşlərin getdiyi cəbhədə olan BBC müxbiri xüsusi təyinatlıların güclü müqavimətlə qarşılaşdığını qeyd edib.

İŞİD terror təşkilatı Mosul şəhərinin ətrafındakı Hammam əl-Alil bölgəsindən 25 min mülki vətəndaşı güc tətbiq edərək Mosula daşıyır.

Bu haqda Birləşmiş Millətlər Təşkilatı (BMT) insan haqqları üzrə ali komisarının sözçüsü Ravina Şamdasani bildirib. Beynəlxalq təşkilatın məlumatına görə, İŞİD mülki əhalini Mosul və ətrafında yerləşdirmək istəyir. Ravina Şamdasani vətəndaşlardan canlı qalxan kimi istifadə edilə biləcəyini və bunun döyüş cinayəti olduğunu deyib.

Bundan başqa, İŞİD İraq ordusunun 40 əsgərini öldürərək Dəclə çayına atıb. Əsgərlərin qanı ilə Dəclənin rəngini dəyişdirdiyi deyilir. Ravina Şamdasani əsgərlərin daha əvvəl Əl-Şura və Hammam əl-Alil bölgələrindən qaçırıldığını bildirib.

Türkiyə ordusu isə İraqa daxil ola bilər. Türkiyə İraqla sərhədə böyük miqdarda zirehli texnika və qoşunların əlavə kontingentini yeridir. NTV telekanalının məlumatına görə, tanklar və zirehli texnika ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətinə doğru hərəkət edir. Texnika Türkiyənin mərkəzi vilayətlərindən daşınır.

Daha əvvəl isə ölkə prezidenti Rəcəb Tayip Ərdoğan İraqla sərhəddə hərbi qüvvənin artırıla biləcəyini deyib. Onun sözlərinə görə, əgər şiə qüvvələri İraq türkmanlarının yaşadığı Telaferə daxil olarsa, Türkiyə “başqa cavabı” verə bilər.

Türkiyənin müdafiə naziri Fikri İşık “hər ehtimala hazır olmalıyıq” deyib.

Son məlumatlara görə, “Haşdi Şabi” şiə birliyi İŞİD-in İraq-Suriya əlaqəsini kəsmək üçün təxminən 100 min türkmanın yaşadığı Telafer istiqamətində əməliyyata başlayıb.

Suriya cəbhəsi

ABŞ ordusu isə Suriyada bir ilkə imza atıb. ABŞ 6 illik vətəndaş müharibəsi dövründə ilk dəfə Bəşər Əsəd hökumətinə açıq dəstək verib.

Suriya müxalifətinin İŞİD-ə qarşı mübarizə apardığı Hələbdə keçirilən hərbi əməliyyatlarda ABŞ və Əsəd qüvvələri eyni cinahda döyüşüblər. Əməliyyat zamanı Bəşər Əsəd ordunun hərbçiləri ABŞ Hərbi Hava Qüvvələrinin iştirakı ilə 6 kəndi İŞİD terrorçularından azad edib. Suriya müxalifəti də Əsəd ordusu ilə bərabər İŞİD-ə qarşı döyüşüb.

Moskvadan SOS: “ABŞ Rusiyanın strateji obyektlərini vuracaq”

Vaşinqton-Moskva, həmçinin Moskva-Qərb xəttində isə qarşılıqlı ittihamlar bir-birini əvəz edir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sözlərinə görə, Rusiya sərhədlərində yerləşdirilmiş ABŞ-ın raketdən müdafiə sistemlərindən ölkənin strateji obyektlərinə zərbələr vurmaq üçün istifadə etmək olar.

Moskvadan SOS: “ABŞ Rusiyanın strateji obyektlərini vuracaq”

Xəyali “Rusiya təhdidi”ndən müdafiə üsulları müxtəlif suallar yaradır

Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin başçısı Endrü Parker isə əksini düşünür. O, bildirib ki, Rusiya Böyük Britaniyanın sabitliyinə təhdid yaradır və öz hədəflərinə çatmaq üçün müasir vasitələrdən istifadə edir.

“Rusiya xarici siyasətini təbliğat, casusluq, diversiyalar və kiberhücumlar da daxil olmaqla təcavüzkar üsullarla həyata keçirmək üçün bir sıra dövlət orqanlarından istifadə edir. Rusiya bütün Böyük Britaniya və Avropada fəaliyyətdədir. MI5-nin işi buna qarşı durmaqdır”, - Endrü Parker bildirib.

MI5-in başçısı həmçinin vurğulayıb ki, Böyük Britaniyada Rusiyanın bir çox kəşfiyyatçısı hərəkət edir. Onun sözlərinə görə, Rusiyanın hədəflərinə sənaye layihələri, iqtisadi informasiya, hərbi sirlər, həmçinin hökumətin xarici siyasətinə dair məlumatlar daxildir.

Endrü Parker qeyd edib ki, Rusiya özünü daha çox Qərbə müxalifət kimi göstərir və buna uyğun hərəkət edir. Kəşfiyyat şefi Rusiyanın onilliklər ərzində gizli təhdid olduğunu bildirib. Amma o, konkret sübutları təqdim etməyib.

Zarafat baş katibi istefa verməyə məcbur etdi

Bir zarafat belə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi kimi bir postu tərk etməsi ilə nəticələnə bilər. Söhbət İyad Madanidən gedir.

Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə əlaqədar etdiyi zarafat İyad Madanini İƏT-in baş katibi vəzifəsindən istefa verməyə məcbur edib. İyad Madani Qahirədən gələn reaksiyalardan sonra vəzifəsindən istefa verib. Misir bu qərarı məmnuniyyətlə qarşıladığını açıqlayıb.

Madani öz postunu səhhəti ilə bağlı tərk etdiyini açıqlasa da, siyasi müşahidəçilər hesab edirlər ki, istefanın arxasında onun bu yaxınlarda Əbdülfəttah Əs-Sisinin ünvanına etdiyi və bir çox ərəb ölkəsində narazılığa səbəb olan zarafatı dayanır.

Zarafat baş katibi istefa verməyə məcbur etdi

“Əminəm ki, soyuducunuzda olan yalnız su deyil, cənab prezident”.

Tramp: "Klinton üçüncü dünya müharibəsi başlamaq istəyir"

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp demokrat rəqibi Hillari Klintonu xarici siyasətdəki mövqeyinə görə, növbəti dəfə tənqid edib.

Milyarderin sözlərinə görə, Klinton Vaşinqtonu Suriyada Moskva ilə hərbi münaqişəyə çəkməyə çalışır və bu üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilər.

#174251##

Uşaq bağçasında ŞOK OLAY: İki qadın oğlan uşaqlarını cinsi istismar etdi

Danimarkada ötən həftə bağlanılan və miqrant uşaqların sığındığı Tullebölle Uşaq Bağçası ilə bağlı şok bir iddia ortaya atılıb. Bildirilir ki, müəssisədə çalışan iki qadın oğlan uşaqlarını cinsi istismara məruz qoyub.

Məlumata görə, uşaqlar 15-17 yaşlarında olub. Cinsi istismarla bağlı görüntülərin ortaya çıxmasından sonra Uşaq Mərkəzinin bağlanılması barədə qərar verilib.

İlk cinsi istismar hadisəsi barədə polisə iyunun 10-da xəbər verilib. Lakin müəssiəsinin yerləşdiyi Langeland bələdiyyəsi bundan yalnız 10 gün sonra xəbərdar edilib. Tullebölle Uşaq Mərkəzinin bağlanma səbəbi isə “miqrant uşaqların çoxlu problemlər yaratması” göstərilmişdi.

Qeyd edək ki, daha əvvəl Yunanıstanda yerləşən miqrant düşərgələrində baş verən cinsi zorakılıqlar barədə xəbərlər yayılıb.

Hindistan və Pakistan sərhədində gərginlik yenidən artıb. Son sutka ərzində tərəflər arasında baş verən atışma nəticəsində ən azı 12 nəfər həlak olub. Ölən şəxslərdən yalnız 1 nəfəri hərbçidir.

Qeyd edək ki, sentyabr ayından bu yana Hindistanla Pakistan arasında münasibətlər gərginləşib. Sentyabrın 29-da Hindistanın Kəşmirdə keçirdiyi antiterror tədbirləri zamanı Pakistan ərazisinə zərbə endirməsi rəsmi İslamabadın etirazına səbəb olub. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşib. Hindistan hərbçiləri təkcə son 11 gün ərzində Pakistana qarşı 5 min minaatan mərmisindən istifadə ediblər.

Gürcüstanda keçirilən son parlament seçkiləri keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat”ının məğlubiyyəti ilə yadda qaldı. Baxmayaraq ki, o, tərəfdarlarına qalib gələrək ölkəyə qayıdacağına söz verirdi.

Gürcüstandan artıq qızılgül ətri gəlmir. Son parlament seçkiləri bu ölkənin qoxularının da dəyişdiyini göstərdi.

Çaxıra dəyişdirilən Mişa və qanadlanan “gürcü arzusu” - TƏHLİL

Son parlament seçkiləri bu ölkənin qoxularının da dəyişdiyini göstərdi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR