Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Pelle İtaliya millisinə çağırılmayacaq

Pelle İtaliya millisinə çağırılmayacaq

Tarix: 1 Noyabr 2016 20:17

İtalya millisinin hücumçusu Qratsiano Pelle millinin növbəti toplanışlarına dəvət almayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, millinin baş məşqçisi Campiero Ventura futbolçunun çağırılmama səbəbini belə izah edib:

"Onun etdiyi səhv məni bu vəziyyətlə üz-üzə qoydu. Geyindiyi mavi formaya qarşı hörmətsizlik edib. Onu bir müddət qayıtmamağa ehtiyacı var. O hərəkətindən sonra onunla danışmamışam, çünki Çinə edilən zənglər bahadır".

Pelle DÇ-2018-in seçmə mərhələsinin İspaniya ilə oyunun 60-cı dəqiqəsində əvəzləndikdən sonra baş məşqçi Venturanın əlini sıxmamışdı. Pelle daha sonra etdiyi hərəkətə görə üzr istəmişdi.

Qeyd edək ki, Pelle hazırda Çinin "Shandonq Luneng" klubunun şərəfini qoruyur.

Milli.Az


Teqlər:  Pelle İtaliya millisinə çağırılmayacaq



RƏYLƏR


Top xəbərlər