Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya və Türkiyə Baş Qərargah rəisləri Moskvada görüşdü

Rusiya və Türkiyə Baş Qərargah rəisləri Moskvada görüşdü

Date: 1 November 2016 20:19

Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və onun türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlar keçirilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Baş Qərargah rəisləri Hələbdəki vəziyyətin normallaşdırılması daxil olmaqla, ümumilikdə, Suriyadakı böhranın nizamlanması üzrə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Gerasimov türkiyəli həmkarını Hələbdəki humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində Rusiyanın səyləri barədə məlumatlandırıb.

 

Suriyada “Cəbhə ən Nüsrə” terrorçu qruplaşması və “mötədil” müxalifətin ayrılmasının vacibliyi qeyd olunub.  


Tags:  Rusiya Türkiyə Baş Qərargah rəisləri Moskvada görüşdü


RƏYLƏR


Top news