Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan səfiri Pakistan baş nazirinin xarici işlər üzrə məsləhətçisi ilə görüşüb

Azərbaycan səfiri Pakistan baş nazirinin xarici işlər üzrə məsləhətçisi ilə görüşüb

Rəsmi Ankaradan Putinin məsləhətçisinə SON XƏBƏRDARLIQ (23 Mart 2017 14:33)
İsrail səfiri Rusiya XİN-ə çağırılıb (20 Mart 2017 16:19)
İsrail səfiri Rusiya XİN-ə çağırıldı (20 Mart 2017 12:08)

Tarix: 1 Noyabr 2016 20:22

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdul Rauf Aləmlə görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, Ə.Əlizadə Pakistanın Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd edib.
Səfir bir sıra azərbaycanlı iş adamlarının Pakistanla ticarət əlaqələrinin yaradılması üçün səfirliklə təmasda olduğunu deyərək, xüsusilə turizm, tekstil və kənd təsərrüfatı, pambıqçılıq, toxumçuluq sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.
A.R.Aləm noyabrın sonlarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda keçiriləcək biznes forumunda iştirak etmək üçün geniş nümayəndə heyəti ilə birgə Azərbaycana səfər edəcəyini, səfər çərçivəsində müxtəlif görüşlər keçirəcəklərini vurğulayıb.
Bundan əvvəl Ə.Əlizadə Pakistan baş nazirinin xarici işlər üzrə məsləhətçisi, xarici işlər naziri vəzifəsini icra edən Sərtac Əzizlə görüşüb.
Görüşdə səfir Pakistanla bütün sahələrdə mövcud qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsivə xalqlarımız arasında münasibətlərin daha da istiləşməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.
Görüşdə həmçinin gələcəkdə nəzərdə tutulan qarşılıqlı səfərlər, görüşlər və keçiriləcək sərgilər haqqında da fikir mübadiləsi aparılıb.



Teqlər:  Azərbaycan səfiri Pakistan baş nazirinin xarici işlər üzrə məsləhətçisi görüşüb



RƏYLƏR


Top xəbərlər