Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böyük Britaniya gimnastı müsəlmanlara güldüyü üçün cəzalandırılıb

Böyük Britaniya gimnastı müsəlmanlara güldüyü üçün cəzalandırılıb

Date: 1 November 2016 20:32

Bakı. 1 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın Bədii Gimnastika Assosiasiyası Olimpiya Oyunlarının dördqat mükafatçısı Luis Smiti iki ay müddətinə yarışlarda iştirak etmək hüququndan məhrum edib. Buna səbəb onun müsəlmanlara istehza ilə gülməsini əks etdirən videomaterial olub.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, KİV-lər tərəfindən yayılan videoda idmançının digər gimnast Lyuk Karsonun namaz qılan müsəlmanları parodiya etməsinə güldüyü aydın görünür.
Rio Olimpiadasının gümüş mükafatçısı olan 27 yaşlı Luis Smit İntizam Komissiyasına hərəkətlərindən peşman olduğunu deyib.
İdmançı karyerasını bitirən L.Karsona isə şəxsi işində iki il qalmaq şərti ilə töhmət verilib. Lakin ona atletlərlə işləməyə icazə verilib. 

Tags:  Böyük Britaniya gimnastı müsəlmanlara güldüyü cəzalandırılıb

RƏYLƏR


Top news