OPEC oktyabrda rekord həcmdə neft hasil edib

OPEC oktyabrda rekord həcmdə neft hasil edib
20:37 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ OPEC təşkilatına üzv ölkələr bu ilin oktyabr ayında rekord həcmdə - 33,82 mln. barel neft hasil edib. 
"Report"un "Vestifinance" saytına istinadən verdiyi xəbərə görə, sentyabr ayında OPEC-in gündəlik neft hasilatı 33,69 mln. barel təşkil edib.
"Reuters" agentliyinin araşdırmasına əsasən, OPEC-in 2016-cı ildə Nigeriya və Liviyada hasilatın bərpa olunması, həmçinin İraqın hasilatı artırması hesabına yeni rekordlara imza atacağı bildirilir. Hasilatın artırılması isə öz növbəsində noyabrın 30-da Vyana sammitində neft bazarının balanslaşdırılması üçün hasilatın azaldılması prosesinə mane ola bilər. Belə ki, oktyabr ayında OPEC-in hasil etdiyi neftin gündəlik həcmi Əlcəzairdə nəzərdə tutulan 32,5-33 mln. barel hasilat hədəfinin üst həddindən 820 min barel/gün artıqdır. 
Analitiklər hasilatın 34 mln. barelə çatması halında hasilatın azaldılması deyil, dondurulması variantı üzərində anlaşma əldə olunarsa neft bazarında yaxın 2 ildə qeyri-sabitliyin bitməyəcəyini proqnozlaşdırıblar.  

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/opec-oktyabrda-rekord-hecmde-neft-hasil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR