Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək

Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək

Əməkdar artist vəfat etdi (22 Mart 2017 00:18)
Əməkdar artist vəfat etdi (21 Mart 2017 20:04)
Azərbaycanlı məşhur aktyor vəfat etdi (21 Mart 2017 19:55)

Tarix: 1 Noyabr 2016 21:07

Tbilisi. 1 noyabr. REPORT.AZ/ Gürcüstan hökumətinin dəstəyi ilə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze söyləyib.
Nazir deyib: “Teatrın binasının darısqal olması və aktyorların çətin şəraitdə fəaliyyət göstərmələri barədə məlumatımız var. Teatrın kollektivi bizə bununla əlaqədar müraciət edib. Biz də nazirlik olaraq, teatr üçün yeni binanın tikilməsi barədə müvafiq strukturlara müraciət etmişik. Artıq yer ayrılıb və mədəniyyət ocağının binasının layihəsi hazırlanır”.
Nazirin sözlərinə görə, layihələndirmə işləri tezliklə başa çatacaq.
“Düşünürəm ki, yaxın vaxtlarda tikinti işlərinə başlayacağıq” – deyə nazir Georqadze vurğulayıb.

Teqlər:  Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrı yeni bina tikiləcək



RƏYLƏR


Top xəbərlər