Bu dərmanla bağlı problem aşkarlanıb - DİQQƏT - VİDEO

Bu dərmanla bağlı problem aşkarlanıb - DİQQƏT - VİDEO
21:12 1 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

"Akteliz" dərmanı ilə bağlı problem aşkarlanıb. Belə ki, dərmanın həll olması zamanı rezin tıxac flakonun daxilinə itələnir. Bu texniki problem dərmanın istifadəsini yararsız edir. Adı çəkilən problemlə bağlı bir çox ölkədən dərmanı istehsal edən şirkətə şikayətlər daxil olub.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Səhiyyə  Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin farmakologiya şöbəsinin eksperti Elmin Quliyev şirkətin dərman ixrac etdiyi ölkələrə bununla bağlı məlumat yaydığını deyir.

Azərbaycanda bənzər halın qeydə alınıb-alınmamamsı ilə maraqlandıq.

Ekspert hələlik belə bir şikayətin mərkəzə daxil olmadığını bildirdi.

"Akteliz" dərmanı daha çox  kəskin  miokard infarktı, ağciyər arteriyalarının kəskin emboliyası, işemik insult zamanı əsasən  tibb müəssisələrində istifadə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR