Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda bəzi binalar istiliksiz qala bilər - borc qalmaqalı - VİDEO

Bakıda bəzi binalar istiliksiz qala bilər - borc qalmaqalı - VİDEO

Date: 1 November 2016 21:17

"Azəristiliktəchizat" ilə "Azəriqaz" arasındakı borc qalmaqalı bu il də aktualdır.

Bu qalmaqal ucbatından ölkə ərazisindəki 538 qazanxana və 92 istilik məntəqəsi payız-qış mövsümünə texniki baxımdan hazır olsa da, bir çox abonent bu qış istilik almaya bilər. Buna səbəb "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan borcudur. "Azəriqaz"dan verilən açıqlamalarda bildirilir ki, borcu olan qazanxanalara qaz verilməyəcək.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, "Azəristiliktəchizat" borc ilə bağlı deyilənləri etiraf edir. Ancaq bu məbləğin birbaşa abonentlərin borcu olduğunu bildirir.

Elə bu səbəbdən də "Azəristiliktəchizat"ın əməkdaşları borclu abonentlərdən xidmət haqqının yığılması üçün səfərbər olublar. Borclar ödənilərsə bu ayın 15-dən hamı istiliklə təmin oluna bilər.

Xatırladaq ki, 2015-2016-cı ilin payız-qış mövsümündə "Azəriqaz"la "Azəristiliktəchizat" arasında yaranan borc probleminə görə, paytaxtdakı mənzillərin istiliklə təchizatı təxminən 1 aya yaxın gecikmişdi.

Milli.Az


Tags:  Bakıda bəzi binalar istiliksiz qala bilər borc qalmaqalı VİDEO

RƏYLƏR


Top news