Evakuator apardığı maşına ziyan vurub: xərci kim ödəməlidir? - VİDEO

Evakuator apardığı maşına ziyan vurub: xərci kim ödəməlidir? - VİDEO
21:17 1 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

''Dayanma və durma'' qaydasını pozan sürücünün avtomobilini aparan evakuator maşına xeyli ziyan vurub. Bunu avtomobilin sahibi iddia edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonu ''20-Yanvar'' dairəsi yaxınlığında baş verib. Sabirabad sakini Fuad Şirzadovun sözlərinə görə, elə həmin gün xəstə atasını Bakıya xəstəxanaya gətiribmiş.

Sürücüyə ətrafdakılar bildiriblər ki, yol polisləri onun avtomobilini cərimə meydançasına aparıblar. Sürücü elə həmin vaxt da cərimə meydançasına gedərək pozduğu qaydanın cəriməsini ödəyərək avtomobilini çıxarıb. İndi Fuad Şirzadov iddia edir ki, evakuator sürücüsü ona 100 manat civarında ziyan vurub.

Yol hərəkəti üzrə ekpert Ərşad Hüseynovun sözlərinə görə, evakuator sürücüsü təhlükəsizlik qaydasına əməl etməyərək daşıdığı avtomobilə ziyan vurubsa polislər hadisə yerinə çağırılmaqla dəymiş ziyan qiymətləndirilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR