Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İcbari tibbi sığorta: özəl klinikalar hansı meyarlarla seçiləcək? - VİDEO

İcbari tibbi sığorta: özəl klinikalar hansı meyarlarla seçiləcək? - VİDEO

Türkiyədən, İrandan gələn həkimlərə çox da güvənməyin - XƏBƏRDARLIQ (15 Mart 2017 10:22)
Azərbaycandakı sığorta aktivləri ötən il 2% artıb (07 Mart 2017 13:47)
Azərbaycanda fevralda beynəlxalq sığorta müqavilələri üzrə 108,3 min manat toplanılıb (03 Mart 2017 17:47)

Tarix: 1 Noyabr 2016 21:17

Icbari tibbi sığortanın tətbiqində həm dövlət, həm də özəl tibb müəssisələri iştirak edəcək. Buna səbəb əhalinin daha sürətli, keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunmasıdır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyib. Şöbə müdirinin sözlərinə görə, layihə pilot olaraq gələn ilin birinci rübündə  fəaliyyətə başlayacaq.

Vüqar Qurbanov bildirib ki, özəl tibb müəssisələri müəyyən kriteriyalar əsasında seçiləcək.

Şöbə müdiri bildirib ki, yeni sistem tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək. Çünki vətəndaşın xidmətin keyfiyyətindən narazı qaldığı təqdirdə  seçim imkanı olacaq.

Milli.Az


Teqlər:  İcbari tibbi sığorta özəl klinikalar hansı meyarlarla seçiləcək VİDEO



RƏYLƏR


Top xəbərlər