Türkiyə İraq sərhədinə tankları yığır

Türkiyə İraq sərhədinə tankları yığır
21:32 1 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə İraq sərhədinə çoxlu sayda zirehli texnika və əlavə qoşun kontingenti cəmləşdirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə NTV telekanalı hərbi mənbəyə istinadən məlumat yayıb.
 
Məlumata görə, çoxlu sayda tanklar və digər zirehli texnika İraqla həmsərhəd Şırnak əyalətinə irəliləyir. Texnikanın mərkəzi əyalətlərdən göndərildiyi bildirilir.   
 
Türkiyənin müdafiə naziri Fikri İşık bu məlumatı təsdiqləyib. O bildirib ki, hərbi texnikanın sərhəddə cəmləşdirilməsi bölgədə hadisələrin mümkün inkişafına hazırlıq məqsədi ilə həyata keçirilir. Nazir həmçinin qeyd edib ki, zərurət yarandıqda Türkiyə İraqın şimalında yerləşən Başik bazasındakı hərbi kontingentini gücləndirə bilər.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR