Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İcazətnamə nədir?

İcazətnamə nədir?

Date: 1 November 2016 21:42

Şagird dini təhsilin müəyyən mərhələsini keçdikdən sonra öz ustadından öyrəndiklərini tətbiq etmək barədə icazə alır. Bunu təsdiq edən sənədlərə icazətnamə deyilir. İcazətnamələr bir neçə məqsədlə verilir. Bəzi icazətnamələrdə şagirdin ictihad dərəcəsinə çatdığı və müctəhid olduğu təsdiq edilir. Bəzi icazətnamələrdə ustad öz şagirdinə hədis rəvayət etmək izni verir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzən isə mərceyi-təqlid etibar etdiyi şəxsə dini vergi pullarını (xüms və zəkatı) yığmaq icazəsi barədə sənəd verir. İcazətnamələr əhatə dairəsinə görə də fərqli olur. Məsələn, bəzi icazətnamələrdə şəriətin bütün sahələrində, bəzən isə müəyyən mövzularda ictihad etmək şərt qoyulur. Hədis rəvayəti də bəzən ustadın öz şagirdinə tədris etdiyi müəyyən kitablarla məhdudlaşır. İcazətnamələr bir qayda olaraq ustadın imzası və möhrü ilə təsdiq olunur. Onların həcmi və məzmunu müxtəlif olur. Bir neçə cümlədən tutmuş bir neçə səhifəyə kimi həcmdə icazətnamələrə rast gəlinir. İzaətnamə ənənəsi bu gün də ali dini təhsilin nəticəsi kimi tətbiq olunmaqdadır. Fərqli ustadlardan ən çox sayda icazətnamə almağa nail olmuş alimlərdən biri də mərhum Ayətullah Nəcəfi Mərəşi idi; o, 450 nəfərdən artıq şəxsdən icazətnamə almışdı.

Milli.Az


Tags:  İcazətnamə nədir

RƏYLƏR


Top news