Fars körfəzi ölkələri vahid valyuta yaradır

Fars körfəzi ölkələri vahid valyuta yaradır
21:52 1 Noyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Fars körfəzi ölkələrinin vahid valyuta yaratması qaçılmazdır və sadəcə zaman məsələsidir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə açıqlama Omanın Mərkəzi Bankının icraçı direktoru Hamud Sanqur əl-Zacali tərəfindən verilib.
Regionun bir çox bankiri vahid valyutanın carı iqtisadi şəraitdə yaradılmasının çətin olcağını düşünür. Onların fikrincə, buna əngəl olaraq neftin qiymətinin düşməsi və texniki çətinliklər göstərilir.
Qeyd edək ki, 2010-cu ildə Fars Körfəzi ölkələri Əməkdaşlıq Şurası (Gulf Cooperation Council) vahid valyutanın tədavülə buraxılması prosesini, o zaman avro pul vahidində yaranan problemlər səbəbi ilə təxirə salıb. Belə ki, 2007-ci ildə şuraya daxil olan ölkələr 2010-cu ildə vahid valyutanı tədavülə buraxmağı planlaşdırıb.
Xatırladaq ki, hələ 1980-ci illərin əvvəlində Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı Vahid Valyuta İttifaqı yaratmaq istədiklərini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR