Ərbəin yürüşü – bəşəriyyətin İlahi dəyərləri dirçəltmək üçün səyi

Ərbəin yürüşü – bəşəriyyətin İlahi dəyərləri dirçəltmək üçün səyi
22:17 1 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

61-ci ildə baş verən Aşura hadisəsi bir nöqtədə baş versə də, zaman keçdikcə dünyanın hər bir yerinə yayılmış və yayılmaqdadır. Zaman keçdikcə Ərbəin yürüşünün əzəməti daha da böyüyür və daha da genişlənir. Beynəlxalq səviyyədə həyata keçir. Ərbəin yürüşü Aşura hadisəsinin sadəcə kiçik bir hissəsini dünyaya nümayiş etdirir. Halbuki, Aşura elə bir güclü dalğadır ki, hər il öz həcmini daha da genişləndirir və özünü yeni sahillərə çatdırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ali dini rəhbər bununla bağlı buyurur: "Hüseyn (ə) məhəbbətinin ilk qaynayan bulağı Ərbəində meydana gəlmişdir. Hüseyn (ə) sevgisinin cazibəli maqniti ilk əvvəl Ərbəində qəlbləri özünə cəlb etdi. Cabir ibni Abdullahın və Ətiyyənin Ərbəin günündə İmam Hüseyni (ə) ziyarət etməsi bərəkətli bir hərəkətin başlanğıcı idi ki, uzun əsrlədən tutmuş indiyə qədər bu hərəkət daha əzəmətli, daha cazibəli, daha həyəcanlı olur. Aşuranın adını və yada salınmasını günü-gündən dünyada daha canlı edir".
Bu əzəmətli gündə milyonlarla Hüseyn (ə) aşiqi piyada yürüşə çıxır və özünü Kərbəlaya çatdırmağa çalışır. Aşiq və müxliscəsinə çoxli kilometrlərlə yolu piyada gedərək, öz sevgisini Həzrətə (ə) göstərməyə çalışır.
Bu piyada edilən yürüş öz əzəməti ilə düşmənləri qorxudur və Aşuranı yaddan çıxartdırmağa çalışan terroristlərə hər il bir daha yeni dəsrlər verir. Bu, elə əzəmətli gündür ki, dünyanın çox yerində olan Əhli-Beyti (ə) sevənlər bir yerə toplaşır və həmrəy olduqlarını dünyaya elan edirlər. Onlar demək istəyirlər ki, hər cür zülm və fitnəyə qarşı çıxmağa qadirdirlər. Bu yolda İmam Hüseynin (ə) davamçılarıdırlar. İmamlarının (ə) yadigar qoyduğu yolda irəliləyirlər və hər cür zillətli həyata qarşıdırlar.
Əslində bu yürüşdə iştirak edən hər bir müsəlman Kərbəla karvanına qoşularaq və Hüseyn (ə) karvanının xüsusiyyətlərinə əməl edərək, özlərini Kərbəla səhnəsində görürlər. Həmin həyəcan və şövqü yaşadırlar.
Bu, elə yürüşdür ki, burada müxtəlif millətlərin, irqlərin nümayəndələri həmrəy olur və aşiqcəsinə bu yolda birlikdə irəliləyirlər. Onlar İmamla (ə) bağlı fikirlərini bölüşür və çox sayda yeni məlumatlar əldə edirlər. Bu yürüşdə hər kəs öz fəzilətli sifətlərini göstərməyə çalışır, o cümlədən fədakarlıq edir, səbir nümayiş etdirir, bir-birinə yardım edirlər.
Bu, elə yürüşdür ki, dünyanı heyrətə gətirir və maddiyyata qərq olmuş bir çox insanları İlahi fitrətə qayıtmağa dəvət edir.
İraqın kasıb insanları, xüsusilə də kəndlərində yaşayan insanlar il boyu əziyyətlə yetişdirdikləri məhsullarını bu yürüşdə zəvvarlara xidmət etmək üçün gətirir və əllərindən gələni edirlər ki, zəvvarların rahatlıqlarını təmin edə bilsinlər. Bu yürüşdə iştirak edən hər bir kəs buna şahiddir ki, Kərbəlaya olan bu yolda süfrələr açılır və çadırlar qurulur. Zəvvarlara xidmət etmək üçün bütün İraq xalqı əlindən gələni edir.
Bu yürüşdə təkcə Əhli-Beyt (ə) davamçıları deyil, həm də əhli-təsənnün davamçıları, eyni zamanda xristianlar da iştirak edirlər. Bu da onu göstərir ki, Aşura hadisəsi dünyanın coğrafiyasını aşdığı kimi, etiqad sərhədlərini də aşa bilmişdir. Dünyanın çox sayda insanını özünə cəlb edə bilmişdir. Bu yürüş təkcə Əhli-Beyt (ə) davamçılarının deyil, bəşərin bütün xalis insanlarının yürüşüdür ki, İlahi dəyərləri dirçəltmək üçün səy göstərirlər.
Bu yürüşdən dəsrlər götürməyə çalışaq və bacardığımız qədər biz də İmamın (ə) yolunu davam etdirməyə səy göstərək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR