Nəqliyyat probleminin həll yolu: polad relslər və ya keçmişə qayıdış

Nəqliyyat probleminin həll yolu: polad relslər və ya keçmişə qayıdış
22:22 1 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Son vaxtlar Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət qrafikinə mütəmadi dəyişikliklər edilir, müasir standartlara cavab verən avtobusların köhnələri tədricən sıradan çıxarması ilə yeni xətlər yaradılır, bəzi xətlər ləğv edilir. Bu proseslərin hələ bir müddət davam edəcəyi qaçılmazdır.

Yay mövsümünün bitməsi, tədris mövsümünün başlaması ilə artan nəqliyyatın hərəkətini, sərnişin sıxlığını, tıxacları nəzərə alsaq, marşrut xətlərində dəyişiklikləri, bir sıra xətlərin ləğvini normal qəbul etmək, hətta alqışlamaq olar. Bundan başqa, ənənəvi pozuntulara yol verən sürücülərin aşkar olunması ilə bağlı reydlər mütəmadi aparılır. Yeni "qırmızı avtobuslar"la çoxdan gözlədiyimiz ictimai nəqliyyatda nizam-intizam artıq reallaşır. Bu avtobuslarda sürücü ilə çənə-boğaz olmağa, harada gəldi minməyə-düşməyə, konduktorla qəpik davası etməyə daha heç bir şərait yoxdur.

Bütün bunların paytaxtın mərkəzi hissəsində əzbər bildiyimiz nəqliyyat problemlərini tədricən aradan qaldıracağına inam artır. Lakin Bakıətrafı qəsəbələrdə mənzərə fərqlidir, daha doğrusu, hələ ki köhnə, tanış, "məhrəm" vəziyyətdir. Hələ də hansısa dayanacaqda 10-15 dəqiqə "yatan", sonra bu gecikmiş 10-15 dəqiqənin əvəzində avtobusu qovan sürücülərlə ənənəvi "Adam kimi sür" - "Xoşun gəlmir, taksiyə min", "Kartof daşımırsan e" dava-dalaşı, sərnişinlərlə dolu avtobusların yanacaqdoldurma məntəqələrinə soxulması davam edir...

Bakı sakinləri dar-düdük yollarla və ya səkilər boyunca farağat vəziyyətində duran parkomatlar sayəsində avtomobillərin yol qırağında saxlanmasının leqallaşdırılması ilə daha da darlaşan küçələrlə "iriçaplı" avtobuslarda yol getməkdən, sərnişinlərlə dava-qırğına çıxan sürücülərdən və ya isti havalarda müxtəlif iylərin sintezindən yaranan unikal qoxu səbəbindən əsl işgəncəyə çevrilən basabas metro vaqonlarına (Avropa Oyunları ərəfəsində gətirilən kondisionerli vaqonlar istisna) minməkdən təngə gəliblər.

Axı nə vaxta qədər bir-birimizin ağız, qoltuq, tər iyini içimizə çəkə-çəkə, bel-belə, kürək-kürəyə, ət-ətə yapışıb, göz-gözə, üz-üzə, sözün əsl mənasında tər vannası qəbul edib yol gedəcəyik?

Bu problemlərə hər mövsümdə 5-6 marşrut xəttini dəyişməklə, reyd keçirib qanacaqsız sürücüləri cərimələməklə son qoymaq mümkün olacaqmı? Müşahidələr göstərir ki, yox. Bunu əminliklə deməyə illərin bitib-tükənməyən "işgəncəli nəqliyyat təcrübəsi" əsas verir.

Bəs nə etməli? Bəlkə Bakıətrafı qəsəbələrdən mərkəzə rahat sərnişin axınını təmin etmək üçün yaxın keçmişə qədər mövcud olan elektrik qatarlarını (relsləri hələ də qalıb, hər yanından keçəndə dərindən köks ötürürük) bərpa edək?

İndi bizə yadigar qalan bu kol-kos basmış, ətrafı zir-zibillə dolu, uzun-uzadı polad relslərdir. Bir vaxtlar buradan elektrik qatarları keçirdi. Yeniləmək, fəaliyyətini daha da təkmilləşdirmək əvəzinə, ləğv etdilər. Sanki planlaşdırmışdılar: əvvəlcə qatarların sayı azaldı, sonra qatarların hərəkəti qrafikə uyğun gəlmədi, sonra da günə iki qatar qaldı - o da nə vaxt gedib-gəldiyi məlum deyildi - və bəyan etdilər ki, ləğv olunur, çünki heç kim istifadə etmir (?) Amma heç kim etiraz etmədi ki, vaxtı-vədəsi "elmə məlum olmayan" qatara kim minməlidir ki? Tramvay kimi, elektrik qatarları da tarixə qovuşdu.

Və əsəblərimizi indi də məhv edən, hələ də öhdəsindən gələ bilmədiyimiz "iriçaplı" avtobuslar canımıza daraşdı. Fəqət hələ də ümid var ki, elektrik qatarlarının tam fəaliyyəti nə vaxtsa bərpa olunacaq, çünki tramvay xətlərindən fərqli olaraq, bu relsləri hələ sökməyiblər, Bakı-Sumqayıt elektrik qatarları bərpa olunub, eləcə də planda digər xətlər üzrə Bakıətrafı qəsəbələrə hərəkət edəcək yeni qatarların istismara verilməsi gözlənilir. Son vaxtlarda dəmir yolu nəqliyyatı sahəsində aparılan uğurlu işləri də qeyd etmək yerinə düşər. Yəqin ki, daha bundan sonra söküb-dağıtmarıq, olanımızın qədrini bilərik.

Şəhərin mərkəzinə gəldikdə isə, yeni avtobusların gəlişi ilə müəyyən qədər nizam-intizam yaranıb. İndi "qarmoşkalı" avtobuslar da gözə dəyir. Belə avtobuslar ötən əsrdə Bakı küçələrində vardı və sərnişindaşımada çox effektli nəqliyyat vasitəsi idi.

Deməli, inkişaf, belə demək mümkünsə, keçmişə qayıdışdır. Və bütün bunlar ümid etməyə əsas verir ki, elektrik qatarlarımız, tramvaylarımız da bərpa olunacaq.

Lakin təkcə bu avtobuslarla mərkəzdə nəqliyyat problemini həll etmək mümkün olmayacaq. Bəlkə neçə ildir eşitdiyimiz "Bakıda tramvay xətti bərpa olunacaq" başlıqlı xəbərləri, söz-söhbəti reallığa çevirək? İndi əcnəbi şəhərlərdə olarkən müasir tramvayları görüb az qala ağzımızın suyunu axıdırıq. Belə olmamalıydı axı. Axı bütün bunlar Bakıda olanda indi sərnişindaşımada tramvay və elektrik qatarlarına üstünlük verən şəhərlərdə insanları mənzil başına yalnız avtobuslar çatdırırdı...

Metro sahəsində də yenilik və irəliləyiş var. Belə ki, yeni xətlər tikilir, stansiyalarda təmir bərpa-işləri aparılır, ötən il gətirilən yeni, müasir qatarlar bütün sərnişinlərin ürəyincədir. Amma bu da yetərli deyil. Metro vaqonlarının hamısını yeni, müasir standartlara cavab verən, kondisionerli vaqonlarla əvəzləməyin vaxtı çoxdan gəlib çatıb.

Son vaxtlar paytaxtın nəqliyyat probleminin həlli istiqamətində bir sıra tədbirlər görülür ki, bu da yaxın gələcəkdə sərnişindaşıma sahəsində çatışmazlıqların aradan qaldırılacağına, hətta tramvay və elektrik qatarlarının bərpa olunacağına ümid etməyə əsas verir.

Elə bir sərnişin tapılmaz ki, Bakı tramvaylarının, elektrik qatarlarının qayıdacağı günü səbirsizliklə gözləməsin...

Bəxtiyar Hacıyev

Trend

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

2025-ci ilə qədər... - Moskvadan İrəvana ZƏRBƏ

19 Avqust 2017 13:28

Rusiyada naməlum şəxs insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb

19 Avqust 2017 13:27

“BakuBus” təkər almaq istəyir

19 Avqust 2017 13:27

İstirahət gününün havası

19 Avqust 2017 13:25

Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

19 Avqust 2017 13:22

Qərəzli yazı və ya şüşəsi 10 000 avroya “qalxan” fransız şərabı

19 Avqust 2017 13:22

Konsertlərindən sərvət qazanan məşhur müğənni dilənçiyə elə sifət göstəridi ki... - FOTO

19 Avqust 2017 13:18

Kişilər arasında dünya çempionatının oyunlarına ilk dəfə qadın hakimlər təyinat alıb

19 Avqust 2017 13:02

Xırdalanda məktəb qarət olundu

19 Avqust 2017 12:59

Tibdə SIÇRAYIŞ: "Hepatit C"-nin müalicəsi tapıldı

19 Avqust 2017 12:48

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxs

19 Avqust 2017 12:41

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub

19 Avqust 2017 12:37

Daha bir dünya ulduzu Türkiyə yolunda

19 Avqust 2017 12:37

Səhnəyə alt paltarında çıxan 71 yaşlı müğənninin cavanlıq sirri AŞKAR OLDU

19 Avqust 2017 12:33

Paltar ütüləmək dərdinə SON

19 Avqust 2017 12:32

Misirdə qədim Azərbaycana aid YAZILAR AŞKARLANDI

19 Avqust 2017 12:28

Rusiyanın tanınmış telekanallarından biri bağlanıb

19 Avqust 2017 12:27

"Beşiktaş" səfərdə "Kasımpaşa"nın müqavimətini qıra bilmədi

19 Avqust 2017 12:19

Öldüyü deyilən Faytonçu Nazim QƏZƏBLƏNDİ: “Ağzına gələnləri yazırlar” - VİDEO

19 Avqust 2017 12:18

Azərbaycanın uşaq paralimpiyaçıları boccia üzrə beynəlxalq yarışa hazırlaşır

19 Avqust 2017 12:17

İstirahət gününün HAVA PROQNOZU

19 Avqust 2017 12:13

süd nə üçün daşır?

19 Avqust 2017 12:10

Bakıda oğurluq edən qrup saxlanıldı: aralarında qadın da var

19 Avqust 2017 12:04

Tovuzda camış biri qadını vuraraq öldürüb, digərini yaralayıb

19 Avqust 2017 12:02

37 dərəcə isti olacaq

19 Avqust 2017 11:59

Poroşenko qardaşının qətlini sifariş edib – Rusiya kanalında SENSASİYALI İDDİA - VİDEO

19 Avqust 2017 11:58

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

19 Avqust 2017 11:57

Faytonçu Nazim od püskürdü

19 Avqust 2017 11:57

Siqaret çəkən hamilələr, ölü doğulan körpələr.

19 Avqust 2017 11:53

Azərbaycanda deputat atasına heykəl qoydurdu - QALMAQAL - FOTO

19 Avqust 2017 11:53

Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb

19 Avqust 2017 11:52

İçki düşkünü olan futbolçunun qızı göz qamaşdırır - FOTOLAR

19 Avqust 2017 11:47

Ukraynada təhsil imkanı

19 Avqust 2017 11:44

İlk uçan aparatlar necə yaranıb?

19 Avqust 2017 11:40

Qadını döyərək pul alan şəxs tutulub

19 Avqust 2017 11:39

Azərbaycanlı aparıcını bıçaqlayıb, suda boğdular - VİDEO

19 Avqust 2017 11:38

Nazim parkda dostları ilə oturub

19 Avqust 2017 11:36

“Android” mobil əməliyyat sisteminin yeni versiyasının təqdimetmə tarixi bəlli olub

19 Avqust 2017 11:35

DDoS hücumların davametmə müddəti artıb

19 Avqust 2017 11:35

Külli miqdarda siqareti gizli yolla keçirmək istəyərkən tutuldu

19 Avqust 2017 11:33

Tramp baş strateqi qovdu

19 Avqust 2017 11:30

"Bu xəbəri yaymaqla kim nə əldə edir?" - "Faytonçu" Nazimin bacısı

19 Avqust 2017 11:29

Azərbaycan nefti bahalaşıb

19 Avqust 2017 11:27

Pərvin Abıyeva onu pozğun adlandıran xanımlara səsləndi: “Ərinizi əlinizdən almışam?”

19 Avqust 2017 11:23

DİN-dən avtobus sürücüsünə silah çəkən şəxslə bağlı AÇIQLAMA

19 Avqust 2017 11:19

Mark Zukerberq atalıq məzuniyyətinə çıxacağını elan edib

19 Avqust 2017 11:17

Azərbaycan klubunun bütün heyəti istefa verdi

19 Avqust 2017 11:17

Boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır

19 Avqust 2017 11:14

Fətəli xan Xoyskinin qardaşı nəvəsi: "Əli bəy Hüseynzadə üç il evimizdə gizli fəaliyyət göstərib"

19 Avqust 2017 11:12

Toyuğu bişirməzdən əvvəl bunlara DİQQƏT edin!

19 Avqust 2017 11:12