Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Abort nədir?

Abort nədir?

Date: 1 November 2016 22:42

Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır.
Abort hamiləliyin hər hansı bir səbəbdən vaxtından əvvəl pozulması hesab edilir. Hamiləlik ilk 16 həftədə pozularsa, erkən abort, 16-28-ci həftədə pozularsa, gecikmiş abort adlanır. Abortların 3 qrupu ayırd edilir:
1. Süni abort.
Bu abort müalicə müəssisəsində qadının arzusu ilə hamiləliyin pozulmasıdır. Bəzən belə abortlar tibb müəssisələrindən kənarda da aparılır ki, bu abortlar kriminal abortlar sayılır.
2. Spontan abort.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu müxtəlif yerli və ümumi səbəblərdən hamiləliyin öz-özünə pozulmasıdır. Spontan abortların səbəbləri müxtəlif olub, yerli və ümumi xarakter daşıyır. Spontan abortlar aşağıdakı səbəblərdən baş verə bilir:
- ürək-damar xəstəlikləri
- qaraciyərin xəstəlikləri
- böyrəklərin xəstəlikləri
- daxili sekresiya vəzilərinin xəstəlikləri
- kəskin infeksion xəstəliklər
- toksiplazmoz
- vərəm, hepatit
- zöhrəvi xəstəliklər.
Abortun baş verməsinə səbəb olan yerli xəstəliklərdən infantilizm, cinsiyyət orqanlarının iltihabı xəstəlikləri, istmiko-servikal çatışmazlı və s. xəstəlikləri misal göstərmək olar.
3. Baş tutmayan abort.
Bəzən ölmüş döl yumurtası bir-neçə həftə, hətta aya qədər uşaqlıqda qalır. Bu zaman qanlı ifrazat kəsilir, uşaqlıq kanalı boynu bağlanır, dölyanı sular tədricən sorulur, uşaqlıq sərtləşərək kiçilir. Müayinə məqsədilə sidiyi yoxladıqda estradionun ekskresiyası 5 mq-dan aşağı olur.
Gecikmiş və hərəktdə olan abort zamanı uşaqlıq divrından qopmuş döl yumurtasını alətlərlə kənar edirlər.
Milli.Az


Tags:  Abort nədir

RƏYLƏR


Top news