Əməkdar artist Gülbahar Şükürlünün onkoloji xəstəlikdən əziyyət çəkməsi haqqında xəbər yayılıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Gülbahar Şükürlünün qızı yayılan məlumatı əssasız adlandırıb: "Anam hazırda Bakıda deyil. İldə iki dəfə müayinədən keçir. Bu o demək deyil ki, onkoloji xəstədir. Çox şükür, heç bir problem yoxdur. Analizlərin də nəticəsi yaxşıdır. Tanınmış insan olduğuna görə xəstəxanaya gedəndə görüblər, ona görə də bu şayiə yayılıb".
Milli.Az