Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Venesuelada pulu çəkməyə başladılar

Venesuelada pulu çəkməyə başladılar

Date: 1 November 2016 22:47

Venesuelada milli valyuta olan bolivarın güclü devalvasiyası və hiperinflyasiya səbəbindən dükanlarda satıcılar alıcıların verdikləri pulları çəkib qəbul edirlər.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, satıcıların dediklərinə görə, bolivarları saymaq çox uzun və ağır proses olduğundan onları çəkib qəbul etmək daha rahatdır.

Paytaxt Karakasdakı dükanlardan birində satıcı işləyən Umberto Qonsales deyib: "İndi pendir onun ağırlıqdakı pul dəstəsindən daha dəyərlidir".

Venesuelada insanlar alış-verişə yollanda pul dəstələrini kisələrə yığırlar. Hazırda ölkədə inflyasiya 1500 faizə çatıb.

100 bolivarlıq əskinas 1 sentimo dəyərində xırda pul qiymətindir.

Ölkə hakimiyyəti 500, 1000, 5000, 10000 və 20000 bolivarlıq əskinaslar buraxmağa hazırlaşır.

Milli.Az


Tags:  Venesuelada pulu çəkməyə başladılar

RƏYLƏR


Top news