Sumqayıt yolunda 6 maşın toqquşdu

Sumqayıt yolunda 6 maşın toqquşdu
22:54 1 Noyabr 2016
104 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt yolunda altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.  APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda baş verib.  

 

Məlumata görə, “QAZ 31”, “VAZ 2107”, “QAZ 24” markalı minik avtomobilləri, iki  “KamAZ” və “Mercedes” markalı yük avtomobilləri toqquşub.

 

İlkin məlumata görə, hadisə yük maşınlarından birinin  aşmış “Kamaz” markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib.  Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.

 

Qəza nəticəsində ölən və yaralananların olmadığı bildirilir.      

 

Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.     




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR