Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıt yolunda zəncirvari qəza: 6 avtomobil toqquşdu - FOTO

Sumqayıt yolunda zəncirvari qəza: 6 avtomobil toqquşdu - FOTO

Date: 1 November 2016 23:05

Sumqayıt yolunda altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda baş verib.  
Məlumata görə, "QAZ 31", "VAZ 2107", "QAZ 24" markalı minik avtomobilləri, iki  "KamAZ" və "İsuzu" markalı yük avtomobilləri toqquşub.
 
İlkin məlumata görə, hadisə yük maşınlarından birinin  aşmış "Kamaz" markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.
 
Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.      
 
Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.

Milli.Az















Tags:  Sumqayıt yolunda zəncirvari qəza avtomobil toqquşdu FOTO

RƏYLƏR


Top news