Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əhli-Beyt (ə), Ərbəinin ilk zəvvarları idi

Əhli-Beyt (ə), Ərbəinin ilk zəvvarları idi

Date: 1 November 2016 23:12

Həzrət Ayətullah Sübhani  İmam Sadiq (ə) adına elmi hövzədə buyurmuşdur: "Ərbəin ziyarəti o zamandan başlayıb ki, Əhli-Beyt (ə) Şamdan Mədinəyə qayıdan zaman Kərbəla yolundan keçmişdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əhli-Beyt (ə) ilk Ərbəin ilində Kərbəlaya getmişdilər ki, bu haqda çox sayda məlumat mövcuddur. Bu məlumatlara görə Əhli-Beyt (ə) İmam Hüseyn (ə) Ərbəinin ilk zəvvarları olmuşdular.
İmam Səccadın (ə) atəşli xütbəsi Şamda təşviş yaratdı. Şam əhli başa düşdülər ki, əsirlər Həzrət Peyğəmbərin (s) övladları idi. Bu zaman vəziyyət dəyişdi və fərqli baxışlar meydana gəldi.
Hədislərimiz buyurur ki, Ərbəin ziyarəti möminin xüsusiyyətlərindəndir. Keçmişdə zəvvarların bir çoxu Əba Abdullah (ə) ziyarəti yolunda çox sayda əziyyətlər çəkmişdilər. Ancaq indi Kərbəla yolunda edilən bərpa işləri zəvvarların get-gəlini asanlaşdıracaqdır. Bu xidmət yolunda elə rəftar etmək lazımdır ki, İraq xalqının təhrik olmasına gətirib çıxartmasın. Onlar güman etməsinlər ki, Kərbəlanı sahiblənmək üçün gəliblər".

Milli.Az


Tags:  Əhli-Beyt Ərbəinin ilk zəvvarları idi

RƏYLƏR


Top news